Viktor Stina (; ) — Moldova futbolçusu, Azərbaycan Premyer Liqa klubu "Kəpəz" və Moldova milli komandasının yarımmüdafiəçisi.
Klub karyerası Stina "Zimbru"nun heyətində peşəkar debütünü 20 may 2016-cı ildə Milli Diviziyada keçirdi və 77-ci dəqiqədə əvəzedici kimi meydana çıxdı.
21 sentyabr 2018-ci ildə Rumıniyanın I Liqa klubu "Astra" ilə müqavilə imzaladı.
4 avqust 2026-cı ildə Azərbaycan Premyer Liqa klubu "Kəpəz" ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Beynəlxalq karyerası O, Moldova millisini 19 və 21 yaşadək komandalarda təmsil edib.
2021-ci il UEFA 21 yaşadək futbolçular arasında Avropa Çempionatının təsnifat mərhələsi zamanı o, Moldovanın Uels (2:1) və Belçika (1:0) üzərində tarixi qələbələr qazandığı hər iki matçda iştirak etmişdir.
3 iyun 2022-ci ildə o, UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirilən oyunda böyüklər arasında debüt etdi. 25 sentyabr 2022-ci ildə o, Moldova millisində ilk qollarını vurdu. O, ehtiyat oyunçular skamyasından meydana çıxaraq Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri oyunda əlavə vaxtda 2 qol vurdu.
Şəxsi həyatı Atası keçmiş futbol hakimidir.sports.md.
İstinadlar
Xarici keçidlər
Victor Stînă at sports.md Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları