Danimarkalı Doroteya (; ; ) — Kalmar (Danimarka-Norveç-İsveç) kralı I Fridrixin qızı, Meklenburq hersoginyası.

1524-cü ildə dünyaya gəldi. Atası Danimarka-Norveç kralı I Fridrix, anası isə onun ikinci xanımı və Polşa kralı IV Kazimirin nəvəsi Pomeraniyalı Sofiyadır. Uşaqlıq illəri anasıyla birlikdə Kildəki malikanədə siyasi həyatdan uzaq keçdi. Burada lüteran məzhəbinin şərtlərinə uyğun böyüdüldü.

1533-cü ildə atasının vəfat etməsinin ardından onun ilk evliliyindən doğulan oğlu III Kristian taxta çıxdı. Ögey qardaşının səltənətində kral sarayında məskunlaşdı və kralın bacısı kimi mühüm siyasi evliliklərdə adı hallandı. Ancaq uzun illər evlənmədi.

27 oktyabr 1573-cü ildə Koldinqdə Meklenburq hersoqu Kristoforla evləndi. Cütlüyün bu nigahdan övladı olmadı. Nigahdan 2 il sonra vəfat etdi.

Mənbə

Ədəbiyyat

Grewolls, Grete (2011). Wer war wer in Mecklenburg und Vorpommern. Das Personenlexikon (in German). Rostock: Hinstorff Verlag. p. 2457. ISBN 978-3-356-01301-6

İstinadlar Kateqoriya:XVI əsr qadınları