Ağ pələng (, Rom: Byeli tigr) — 2012-ci ildə Rusiyada Karen Şahnəzərovun Aleksandr Borodyanski ilə bərabər ssenari müəllifi olduqları və yazıçı İlya Boyaşovun "Tankçı və ya Ağ Pələng" (, Rom: Tankist, ili "Byeli tigr") romanı əsasında Karen Şahnəzərovun rejissorluğu ilə çəkilmiş müharibə filmidir. Filmin süjet xətti İkinci Dünya müharibəsinin Şərq cəbhəsində ağır yaralanmış olan sovet tank komandirinin sovet qoşunlarının “Ağ pələng” adlandırdığı sirli, məğlubedilməz nasist tankının izinə düşərək onu məhv etmək fikrinə düşməsindən bəhs edir. Sovetlər yeni, daha güclü T-34 tankı hazırlayır və tank komandirinə Ağ Pələngi məhv etməyi tapşırığı verir.

Film 2013-cü ildə keçirilmiş olan 85-ci Akademiya Mükafatlarında Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatına Rusiyadan olan namizəd kimi seçilmiş, lakin final siyahısında yer almamışdır.

Film Karen Şahnazarovun müharibə haqqında ilk işi və onun ən iddialı layihəsidir. Rejissor filmi on səkkiz yaşında olarkən cəbhəyə gedərək Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atası Georgi Şahnazarova, onun silahdaşlarına, bütün müharibə veteranlarına və o dövrün sovet xalqının bütün nəslinə ithaf etmişdir.Художественный фильм «Белый тигр» режиссёра Карена Шахназарова (Россия, 2012 год). Информация о фильме // Официальный сайт киноконцерна «Мосфильм»

Filmin premyerası 2 may 2012-ci ildə Moskva Oktyabr kinoteatrında baş tutmuşdur.Сергей Иванов. Фоторепортаж «МК». Вчера в кинотеатре «Октябрь» прошла премьера фильма «Белый тигр» Карена Шахназарова // Московский комсомолец, 3 мая 2012 г.

2012-ci ilin sentyabr ayında Rusiya Oskar Komitəsi "Ağ pələng" filmini "Xarici dildə ən yaxşı film" kateqoriyası üzrə Oskara namizəd göstərmişdir. 2013-cü ilin yanvar ayında isə film “2012-ci ilin ən yaxşı bədii filmi” kateqoriyasında “Qızıl qartal” mükafatını almışdır.

Süjet xətti

Böyük Vətən müharibəsi, 1943-cü ilin yayı. Cəbhə xəttində döyüş meydanlarında qəflətən peyda olan və bütöv bir sovet tank batalyonunu məhv etməyə macal taparaq eynilə qəfil və izsiz-tozsuz tüstü içində yoxa çıxan sirli, məğlubedilməz, nəhəng alman tankı haqqında şayiələr gəzir. Bu mistik heyvanı "Ağ pələng" adlandırırlar. Döyüşlərin birindən sonra vurulmuş sovet tankında ağır yanıqlar almış, lakin sağ kalmış bir insan — mexanik-sürücü (Aleksey Vertkov) tapılır. Bədən səthinin 90%-nin yanmasına və qanın zəhərlənməsinə baxmayaraq, döyüşçü həkimlərin təəccübünə səbəb olacaq dərəcədə fenomeral şəkildə sürətlə sağalır və sıraya qayıdır. O, kim olduğunu bilmir və o zaman hospitalda ona Naydyonov soyadını verirlər. O, keçmişini xatırlamır, lakin tankların "dilini" anlamaq, onları şüur verilmiş canlı varlıqlar kimi "dinləmək" kimi təəccüblü bir qabiliyyət qazanır. O əmindir ki, ələkeçməz alman tankı mövcuddur və onu məhv etmək lazımdır (bunu ona "tank allahının" özü həvalə edib), çünki "Ağ pələng" — müharibənin təcəssümü, onun dəhşəti və qanıdır. Ona İvan İvanoviç Naydyonov adına yeni sənədlər verilir və hərbi rütbəsi artırılır.

Fəaliyyətdə olan orduya gedərkən tankçı sıradan çıxmış texnika ilə dolu eşelon platformasında iki vurulmuş tankı — T-34 və Matildanı görür. Yaxınlaşan iki komandirə tankların ona nə dediyini danışır: "Matilda" pusquda duran "Pantera" tərəfindən vurulub, T-34 isə "Ağ pələng" tərəfindən yandırılıb. Komandirlər tankçını dəli hesab edirlər.

Tank ordusunun əks-kəşfiyyat rəisinin müavini mayor Fedotov (Vitali Kişşenko)sovet komandanlığından (SSRİ Tank Qoşunları) xüsusi olaraq yaradılmış son modifikasiyalı təcrübi orta T-34-85 tankını (nömrəsiz, forsajlı mühərrik, gücləndirilmiş zireh, təcrübi top stabilləşdiricisi) alır, tapşırıq — onun üçün tank heyəti formalaşdırmaq, eləcə də düşmənin "Ağ pələng"ini tapıb məhv etməkdir. Fedotov yeni sovet tankının komandiri vəzifəsinə İvan Naydyonovu təyin edir və onun heyətinə həvalə olunmuş tapşırığı yerinə yetirməyi əmr edir.

İlkin cəhd müvəffəqiyyətsizliklə başa çatır: "Ağ pələng" aldadıcı tankın (o da T-34-85) üç atəşindən yayınaraq ilk atəşi ilə onu məhv edir, Naydyonovun tankı ilə isə pişiyin siçanla oynadığı kimi oynayır: onu yandırılmış texnika təpəsinin arxasına qovur, buraxır və nəhayət, ağlasığmaz şəkildə arxada peyda olaraq tırtılın sol kənarına zərgər dəqiqliyi ilə atəş açaraq insafla bağışlayır. Xoşbəxtlikdən, İvanın bütün heyəti sağ-salamat qalır. Həmçinin mayor Fedotov əmin olur ki, Naydyonov bu cür geniş yanıqlarla (bədən səthinin 90%-i) sağ qala bilməzdi. O, sözün əsl mənasında, "Ağ pələng"i məhv etmək üçün yenidən doğulmuşdur. Bundan əlavə, Naydyonovu "Tiger"in atəşi haqqında həm "tank allahı", həm də tankların özü əvvəlcədən xəbərdar edir. İvanın sonradan ifadə etdiyi kimi, "onlar onun yaşamasını istəyirlər".

Son döyüş toqquşmasında Naydyonovun tankı daha əvvəl təkbaşına sovet hücumunu pozan "Ağ pələng"in təqibində tərk edilmiş kəndə düşür, orada pərdələnmiş digər alman tankını məhv edir və yenidən öz əsas rəqibi ilə üz-üzə gəlir. Bu dəfə "Ağ pələng" ağır zədələnir, lakin məhv edilmir. Naydyonovun tankının top lüləsi parçalanır və düşməni sonadək vurmaq ona nəsib olmur. Döyüşdən sonra "Ağ pələng" yenidən qeyb olur və onun izlərini tapmaq mümkün olmur.

1945-ci ilin baharı. Almaniyanın kapitulyasiyasından sonra artıq polkovnik rütbəsi almış, ən ali hərbi mükafata — I dərəcəli "Şöhrət" ordeninə layiq görülmüş Fedotov Naydyonovu müharibənin bitdiyinə inandırmağa çalışır, lakin o, razılaşmır. "Ağ pələng məhv edilməyincə müharibə bitməyəcək, — Naydyonov əmindir, — o, iyirmi il, əlli il, yüz il gözləməyə hazırdır, lakin o, mütləq yenidən peyda olacaq və zərbə endirəcək". Polkovnik Fedotov öz maşınına tərəf çəkilir və arxaya dönərkən Naydyonovun tankının yerində yalnız kiçik bir duman görür.

Yekun səhnə — Adolf Hitlerə oxşayan "kimsə" buxarı qarşısında kresloda əyləşərək sirli yadelliyə İkinci Dünya müharibəsinin zəminləri və onun nəticələri haqqında monoloq söyləyir:

Yaranma tarixi

İdeya Karen Şahnazarov uzun müddət idi ki, müharibə filmi çəkmək istəyirdi. Onun fikrincə, onun nəslindən olan hər bir rejissor müharibə haqqında film çəkməlidir. "Birincisi, mənim rəhmətlik atam cəbhəçi olub, — Şahnazarov izah edir, — o, iki il müharibədə olub. Bu film müəyyən dərəcədə onun, onun yoldaşlarının xatirəsidir. İkincisi və bəlkə də ən vacibi: müharibə zamanda uzaqlaşdıqca, tarixin bir o qədər vacib və prinsipial hadisəsinə çevrilir. Bizə davamlı olaraq onun yeni-yeni tərəfləri açılır".

Filmin əsasını təşkil edən İlya Boyaşovun «Tankçı və ya "Ağ pələng"» romanını oxumasaydı, rejissor bəlkə də müharibə mövzusuna müraciət etməzdi. Kitab Şahnazarovu digər müharibə nəsrinə xass olmayan müharibəyə yeni baxışı ilə maraqlandırmışdır. Onun etirafına görə, Aleksandr Borodyanski ilə bərabər ssenarisini yazdığı İlya Boyaşovun povesti Herman Melvillin «Mobi Dik və ya Ağ balina» romanına "ruhi cəhətdən yaxındır". Bundan əlavə, rejissor müharibə haqqında film çəkməyə həm də ona görə qərar vermişdir ki, onun fikrincə, müasir kinematoqrafiyada onun haqqında həqiqət çatışmır.

Çəkilişlər Rejissor Karen Şahnazarov özünün ən yüksək büdcəli (11 milyon ABŞ dolları büdcə ilə) bədii filmi olan "Ağ pələng"i 3,5 ilə çəkmişdir.

Çəkilişlər Moskva ətrafında yerləşən Alabino yaxınlığındakı hərbi poliqonda (burada bütöv bir kənd tikilmişdi), Petrovskoye-Alabino malikanəsində, "Mosfilm"də — bir hissəsi müharibənin sonundakı dağıdılmış Avropa şəhərinə çevrilmiş "Köhnə Moskva" açıq hava meydançasında və pavilyonlarda aparılmışdır. "Mosfilm"in 1-ci pavilyonunda Karlshorstdakı mühəndislik məktəbi zalının surəti ucaldılmış — orada Almaniyanın kapitulyasiyası aktının imzalanması səhnəsi çəkilmişdir. 3-cü pavilyonda hərəkəti və atəşləri imitasiya edən tank maketi yerləşdirilmiş — burada filmin qəhrəmanlarının tankın içində olduğu səhnələr çəkilmişdir. 4-cü pavilyonda isə fürerin son çıxışının çəkildiyi "Hitlerin kabineti" dekorasiyası yaradılmışdır.

Xüsusi olaraq film üçün Samaranın "Rondo-S" studiyası tərəfindən 1:1 miqyasında Almaniyanın «Tiger» tankının maketi yaradılmışdı. Tank hərbi dartıcıdan götürülmüş və ona orijinal kimi 38 km/saat sürət yığmağa imkan verən dizel mühərriki, həmçinin orijinal "Tiger"lərin silahlandığı Almaniyanın 8,8 cm KwK 36 tank topunu kopyalayan atəş imitasiyası qurğulu topla təchiz edilmişdi. Bütövlükdə bütün detallar kopyalanmışdı, yalnız maketin çəkisi orijinaldan üç dəfə az idi. Lakin maket üçün pul çatışmazlığından filmin çəkilişlərində "Tiger" kimi "qrimlənmiş" Sovet T-54 və İS-3 tanklarından istifadə olunmuşdur. "Tiger" tankının maketi daha sonra "Mosfilm" muzeyinə təhvil verilmişdir.

Tank komandiri İvan İvanoviç Naydyonov baş rolunu aktyor Aleksey Vertkov ifa etmişdir. Lakin kinoekspertlərin fikrincə, Vitali Kişşenkonun ifasında mayor Fedotov personajı ssenaridə nəzərdə tutulmasa da, baş qəhrəmandan az əhəmiyyətli alınmamışdır.Додолев Евгений Юрьевич. ВИДЕО. Программа «Интервью»: Карен Шахназаров о своей работе — ленте «Белый тигр». Телеканал «Москва-24» // m24.ru (29 сентября 2012 года)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:2012-ci ilin filmləri Kateqoriya:Amneziya haqqında filmlər Kateqoriya:Böyük Vətən müharibəsi haqqında filmlər Kateqoriya:Qızıl Qartal mükafatını qazanan filmlər Kateqoriya:Rusiyanın müharibə filmləri Kateqoriya:Rusiyanın tarixi filmləri