Molla Abuzərin türbəsi — Bərdə rayonunun Yeni Daşkənd kəndinin qəbirisitanlığında yerləşən türbə. Türbə kəndin tanınmış din xadimi, Molla Abuzərin məzarı üzərində ucaldılmışdır.

Tikilməsi Molla Abuzər 1966-cı ilin yanvar ayında vəfat etdikdən sonra onun övladları Əyyub və Əfsəl Bayramovlar həmin ilin "Ölü təki"ndən sonra türbənin tikintisinə başlamışlar. Tikili həmin il tamamlanmışdır. Türbə Yeni Daşkənd qəbiristanlığında, girişdən sağ tərəfdə yerləşir.

Quruluşu Ön tərəfində 0,70x1,45 metr ölçüdə bir girişi, arxa tərəfində isə 40x20 sm ölçüdə bir pəncərəsi var. Tikilinin eni 3,20 m, uzunu da 3,20 metrdir. Ümumi hündürlüyü isə 4,50 metrdir. Divarının qalınlığı 40 sm-dir. Türbənin aşağı əsas hissəsinin hündürlüyü 1,80 metrdir. Günbəzin çevrəsinin uzunluğu 9,80 metr, hündürlüyü isə 2,70 metrdir.

Türbə kvadrat formalıdır, aşağı hissəsi mişar daşından, qülləvari günbəz hissəsi isə tökmə betondur. Türbədə istifadə olunan daş Göyçədən gətirilmişdir. Yerli çay daşından da istifadə olunmuşdur. Tikilinin künclərində qırmızı daşdan istifadə olunduğu aydın görünür. Deyilənlərə görə, türbədə Xanlar rayonundakı Murut (indiki Üçbulaq) daşlarından da istifadə olunmuşdur.

İstinadlar

Kateqoriya:Bərdə rayonunun türbələri Kateqoriya:Yeni Daşkənd