Kastiliya və Leonlu Elvira (; ) — Kastiliya və Leon kralı VI Alfonsonun qızı, Siciliya kraliçası.

Təxminən 1100-cü ildə dünyaya gəldi. Atası Kastiliya və Leon kralı VI Alfonso, anası isə onun şəcərəsi bilinməyən dördüncü xanımı İzabeldir.

1117/1118-ci ildə Siciliya qrafı II Rocerlə evləndirildi. Cütlüyün bu nikahdan 6 övladı doğuldu.

III Rocer (1118–1148) I Tankred (1120–1138) I Vilyam (1121–1166) I Alfonso (1122–1144) Adelisya (1126–1184) Henri (1130–1143)

1135-ci ildə kral II Rocer və kraliça Elvira ağır yoluxucu xəstəliyə tutuldu. Kral bu xəstəlikdən sağalsa da, kraliça 6 fevralda vəfat etdi.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Siciliya kraliçaları