Özlü-elastiklik (viskoelastiklik) – deformasiyaya uğrayan bərk cisim mexanikasında, yük altında olan materialın eyni vaxtda həm elastik cismə, həm də özlü mayeyə xas olan xüsusiyyətləri ilə səciyyələnilən maddələr. Mövcud molekulyar nəzəriyyələr bərk cismin özlü-elastik davranış mexanizminin yalnız kobud, keyfiyyətcə təsvirini verir. Polimerlərdə uzun zəncirli molekulların çoxu yarı qatlanmış vəziyyətdədir; dartılma gərginliyi molekulu düz formaya keçirməyə və onu dartma qüvvəsinin istiqamətinə paralel olaraq istiqamətləndirməyə cəhd edir. Bu zaman molekulların bir qismi tez bu vəziyyətə keçir, digər hissəsi isə yavaş-yavaş düzəlir (yüksək elastik deformasiya). Bundan əlavə, bəzi molekul zəncirlərinin digərlərinə nisbətən sürüşməsi səbəbindən materialın axıcılığı baş verə bilər. Rezin və rezinəoxşar elastomerlərdə uzun zəncirvari molekullar polimerlərə nisbətən daha az sıx şəkildə yerləşmişlər, buna görə də onlar nisbətən sərbəst şəkildə qıvrıla və düzəldə bilirlər ki, bu da rezinin böyük mexaniki deformasiyalara tab gətirməsinə imkan verir. Bərk cisimlərin özlü-elastik davranışına maraq polimerlərin, plastiklərin, asfalt örtüklərinin, raket mühərrikləri üçün bərk yanacağın və s.-nin geniş istifadəsi ilə əlaqədardır. Özlü-elastik nəzəriyyə reologiyanın mühüm hissəsidir. Kateqoriya:Bütöv mühit mexanikası Kateqoriya:Fiziki xassələr
Źródło i licencja
Na podstawie: Wikipedia — Özlü-elastiklik · historia autorów.
Tekst: CC BY-SA 4.0.
Informacja o opracowaniu
Usunięto składnię wiki i szablony; dłuższe teksty skrócono.