Marqarita Byuçemp (; ) — İngilis əsilzadəsi, Somerset hersoginyası.
1410-cu ildə Sör Con Byuçempin ailəsində doğuldu. 2 yaşında ikən atasının, 11 yaşında isə böyük qardaşının vəfatıyla ata-baba mülkünün yeganə varisi oldu. Miras haqqını qorumaq məqsədilə Sör Oliver Conla evləndirildi. Cütlüyün bu nigahından 7 övladı doğuldu.
Con (ö. 1513) Oliver (ö. 1497) Edit Mariya Yelizaveta (ö. 1494) Aqnes Marqarita
Ərinin 1437-ci ildə vəfatından 2 il sonra Somerset hersoqu Con Byufortla evləndi. Cütlüyün bu nigahdan 1 qızı doğuldu.
Marqarita Byufort (1443-1509)
Ertəsi il ərinin vəfatıyla dul qaldı. 14 aprel 1447-ci ildə Lionel Uelleslə evləndi. Cütlüyün bu nigahdan 1 oğlu dünyaya gəldi.
Con Uelles (1450-1498)
3 iyun 1482-ci ildə vəfat etdi. İkinci həyat yoldaşının yanında Dorsetdə dəfn olundu.
Mənbə
Ədəbiyyat
İstinadlar