Badenli Karl Fridrix Qustav Vilhelm Maksimilyan (; ) — Böyük Baden hersoqu I Leopoldun oğlu, hərbçi.

9 mart 1832-ci ildə Karlsruedə dünyaya gəldi. Atası Böyük Baden hersoqu Karl Fridrixin oğlu şahzadə Leopold, anası isə İsveç kralı IV Qustav Adolfun qızı Sofiyadır.

Öncə Baden, ardından Avstriya ordusunda xidmət etdi. 17 may 1871-ci ildə Rozaliya Lüdovika von Beustla evləndi. Bu monarxial evlilik deyildi. Cütlüyün bu nigahdan 1 oğlu doğuldu.

Fridrix von Rena (1877-1908)

1871-ci ildən Prussiya ordusunda general-mayor rütbəsilə xidmətə başladı. 1873-cü ildə general-leytenant, 1883-cü ildə süvari alayı generalı təyin edildi.

1906-cı ildə Karlsruedə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Alexander, Grand Duke of Russia, Once a Grand Duke, Cassell, London, 1932. Cockfield, Jamie H, White Crow, Praeger, 2002, Perry, John and Pleshakov, Konstantin. The Flight of the Romanovs, Basic Books, 1999, . Zeepvat, Charlotte. The Camera and the Tsars, Sutton Publishing, 2004, .

İstinadlar

Kateqoriya:Almanlar