Sevda Tofiq qızı Dadaşova () — Azərbaycan həkimi və ictimai xadimidir. İsveçdə Azərbaycan diasporunun fəaliyyəti ilə məşğul olmuş, İsveç-Azərbaycan Federasiyasının (SAF) sədri kimi fəaliyyət göstərmişdir. O, Stokholm şəhərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan həftəsonu məktəbinin rəhbəridir.

Həyatı Sevda Dadaşova 21 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Atası Tofiq Dərya oğlu Dadaşov Xəzər Dəniz Yolları İdarəsində (Kaspmorput) rəhbər vəzifədə çalışmışdır. Anası Sənubər İmran qızı Dadaşovadır.

Sevda Dadaşova dəniz kapitanı və Xəzər Dəniz Gəmiçiliyində çalışmış Dərya Atakişi oğlu Dadaşovun nəvəsidir.

Təhsili Dadaşova orta təhsilini Bakı şəhərindəki 175 nömrəli orta məktəbdə almışdır. Daha sonra 22 nömrəli Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil almışdır.

1993-cü ildə 2 nömrəli Tibb Texnikumunun tibb bacısı fakültəsinə daxil olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq və Ticarətin Təşkili fakültəsinə qəbul olunmuşdur.

1995-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində "Müalicə işi" ixtisası üzrə təhsil almağa başlamışdır. 2001-ci ildə Qədirli adına Hövzə Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçmiş, 2002-ci ildə universiteti bitirmişdir.

İsveçə köçdükdən sonra Linköpinq Universiteti, Lund Universiteti, Karolinska İnstitutu və Umeo Universitetində müxtəlif əlavə təhsil və ixtisasartırma proqramlarında iştirak etmişdir.

İctimai fəaliyyəti 2002-ci ildə İsveçə köçmüşdür. Sonrakı illərdə İsveçdə Azərbaycan diasporunun fəaliyyəti ilə məşğul olmuşdur.

O İsveç-Azərbaycan Federasiyasının (SAF) rəhbəri kimi təşkilatın mədəni və maarifləndirici tədbirlərində iştirak etmişdir. SAF-ın nəzdində Stokholmda "Qarabağ" Azərbaycan həftəsonu məktəbi fəaliyyət göstərir.

2026-cı ildə Stokholmda "Qarabağ" həftəsonu məktəbində yeni tədris ilinin başlanması ilə bağlı keçirilən tədbirdə Sevda Dadaşova məktəbin rəhbəri kimi iştirak etmişdir.

Beynəlxalq və ictimai təşkilatlarda fəaliyyəti İsveç Kralçı Cəmiyyətinin (Sveriges Rojalistiska Förening) fəaliyyət göstərib.

International Women's Club (IWC) və Alexandra – för Kvinnor & Hälsa təşkilatlarının fəaliyyətidə üzv olaraq iştirak etmişdir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin rəsmi internet səhifəsi