link=https://en.wikipedia.org/wiki/File:Fork_join.svg|right|thumb|400x400px|Proqramın üç bölgəsinin müxtəlif rəngli blokların paralel icrasına imkan verdiyi budaqlanma–birləşmə paradiqmasının təsviri. Ardıcıl icra yuxarıda göstərilmişdir, onun ekvivalenti olan budaqlanma–birləşmə icrası isə aşağıdadır. Paralel hesablamalarda budaqlanma–birləşmə modeli () paralel proqramların qurulması və icra edilməsi üsuludur; bu zaman proqramın təyin olunmuş nöqtələrində icra prosesi paralel şəkildə budaqlara ayrılır, sonrakı mərhələdə yenidən "birləşir" (qovuşur) və ardıcıl icra bərpa olunur. Paralel bölmələr müəyyən tapşırıq dənəvərliyinə çatanadək rekursiv olaraq budaqlana bilər. Budaqlanma–birləşmə modeli paralel layihələndirmə şablonu hesab oluna bilər. 1963-cü ildə formalaşdırılmışdır.
Budaqlanma–birləşmə hesablamalarını rekursiv şəkildə yerləşdirməklə, aşağıdakı ümumi psevdokodla ifadə olunan parçala və idarə et paradiqmasının paralel versiyasını əldə etmək olar:
həll_et(problem): əgər kifayət qədər kiçikdirsə:
problemi birbaşa həll et (ardıcıllıq alqoritmi) əks halda: hər parça üzrə parçala(problem)
tapşırığı kiçik hissələrə budaqlayıb həll_et(parça) birləşdir əvvəlki dövrdə hissələrə bölünmüş tapşırıq parçaları qaytar yekun nəticə
Nümunələr CLRS-in sadə paralel birləşdirərək çeşidləmə alqoritmi budaqlanma–birləşmə alqoritmidir.Cormen, Thomas H.; Leiserson, Charles E.; Rivest, Ronald L.; Stein, Clifford (2009) . Introduction to Algorithms (3rd ed.). MIT Press and McGraw-Hill. p. 797. ISBN 0-262-03384-4.
mergesort(A, lo, hi): if lo < hi: // daxil olan məlumatın heç olmasa biri
mid = ⌊lo + (hi — lo) / 2⌋ fork mergesort(A, lo, mid) // əsas tapşırıqla birgə paralel icra (potensial olaraq)
mergesort(A, mid, hi) // rekursiyanı əsas tapşırıq həll edir join
merge(A, lo, mid, hi) Birinci rekursiv çağırış "budaqlanır", yəni onun icrası bütün axınların sinxronlaşmasına səbəb olan birləşmə nöqtəsinə qədər funksiyanın sonrakı hissəsi ilə paralel şəkildə (ayrı bir axında) gedə bilər. Birləşmə səddə oxşasa da, ondan fərqlidir; çünki səddən sonra axınlar işləməyə davam edir, birləşmədən sonra isə yalnız bir axın davam edir.
Yuxarıdakı psevdokodda ikinci rekursiv çağırış budaqlanma deyil; bu, qəsdən nəzərdə tutulub, çünki tapşırıqların budaqlanması müəyyən xərc (resurs sərfiyyatı) tələb edə bilər. Əgər hər iki rekursiv çağırış alt tapşırıq kimi qurulsaydı, əsas tapşırıq birləşmə nöqtəsində bloklanmazdan əvvəl heç bir əlavə iş görməli olmayacaqdı.
Tətbiqləri Budaqlanma–birləşmə modelinin reallaşdırmaları adətən əməliyyat sistemi səviyyəsindəki "ağır" axınları və ya prosesləri deyil, tapşırıqları, fayberləri və ya yüngül çəkili axınları budaqlayır və bu tapşırıqları yerinə yetirmək üçün axınlar hovuzundan istifadə edir: budaqlanma əmri proqramçıya potensial paralelliyi təyin etməyə imkan verir, reallaşdırma isə bunu real paralel icraya uyğunlaşdırır. Bu cür dizaynın səbəbi yeni axınların yaradılmasının adətən həddindən artıq çox resurs sərfiyyatına səbəb olmasıdır.
Budaqlanma–birləşmə proqramlaşdırmasında istifadə olunan yüngül çəkili axınlar adətən onları əsas axınlar hovuzuna uyğunlaşdıran öz planlayıcısına (adətən iş oğurlayan — work-stealing — planlayıcıya) malik olur. Bu planlayıcı tam funksional, qabaqlayıcı əməliyyat sistemi planlayıcısından qat-qat sadə ola bilər: ümumi təyinatlı axın planlayıcıları kilidlər üçün bloklanmalarla mübarizə aparmalıdır, lakin budaqlanma–birləşmə paradiqmasında axınlar yalnız birləşmə nöqtəsində bloklanır.
Budaqlanma–birləşmə OpenMP çərçivəsində paralel icranın əsas modelidir, baxmayaraq ki, OpenMP reallaşdırmaları paralel bölmələrin dax-daxə yerləşdirilməsini (nesting) dəstəkləyə də bilər, dəstəkləməyə də. O, həmçinin Java konkurensiya çərçivəsi, .NET üçün Tapşırıq Paralel Kitabxanası (Task Parallel Library), və Intel-in Threading Building Blocks (TBB) kitabxanası tərəfindən dəstəklənir. Cilk proqramlaşdırma dili spawn və sync açar sözləri, yaxud Cilk Plus-da cilk_spawn və cilk_sync şəklində budaqlanma və birləşmə üçün dil səviyyəsində dəstəyə malikdir.
İstinadlar
Kateqoriya:Paralel hesablama