Qurduqulu rayonu (1935–1992-ci illərdə Oktemberyan rayonu, 1992–1995-ci illərdə Armavir rayonu) — Ermənistan SSR və Ermənistan Respublikasının ərazisində mövcud olmuş keçmiş rayon. Mərkəzi Sərdarabad şəhəri olmuşdur.
Haqqında Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Toponim "qurd" türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib "qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd" mənasını ifadə edir.
1948-ci ilə dair rəsmi statistikaya əsasən rayonun ərazisi 677 km² olmuşdur. Onun inzibati mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalını, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasını əhatə etmişdir. Bura Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli Fərmanı ilə rayonun adı dəyişdirilərək "Oktemberyan" qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə "Armavir" adlandırılmışdır. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünmüş və yeni Bağramyan rayonu təşkil olunmuşdur.
1988-ci ildən rayonun azərbaycanlı sakinləri yaşadıqları yerlərdən deportasiya edilmişlər.
1995-ci ildə Qurduqulu rayonu ləğv edilmiş və onun ərazisi Ermənistanın Armavir mərzinin inzibati ərazisinə daxil edilmişdir.
Kəndləri Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları: Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiKeçiliMraqaşat 4. IV. 1946BədəlBədəl…BədəlYeğeknut04.04.1946BağçalarBağçalar03.01.1935BağçalarBağaran03.07.1968SərdarabadArmavir03.01.1935KərimarxSovetakan03.01.1935SərdarabadHoktemberyan03.01.1935Molla BəyazidBambaşakat03.01.1935AğcaarxArevik04.04.1946ArmudluTandzut04.04.1946ƏrtikVoroşilov27.07.1940KöçərliMrqaşat04.04.1946KələkarxŞenavan04.04.1946CəfərabadGetaşen04.04.1946TəpədibiHaykavan04.04.1946ÇubuqçuVardanaşen04.04.1946İydəliPştavan10.04.1947UzunobaArqavand10.04.1947QuzugedənHaygeşad19.04.1950Quru ArazYerasxaun19.04.1950Böyük ŞəhriyarNalbandyan19.04.1950EvcilərArazap10.04.1947XeyirbəyliYervandaşat25.05.1967ŞalıbulaqUşakert03.07.1968Kiçik ŞəhriyarNor Araqes03.07.1968GoranNor Kesaria14.01.1969QamışlıZartonk25.01.1978
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası Sərdarabad mahalı
İstinadlar
Kateqoriya:Sərdarabad mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Sərdarabad rayonu