Cümə məscidi (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunun ərazisində yerləşən tarixi-memarlıq abidəsi.

Tarixi Daşkəsən rayonunda bir məscid və islam təmayüllü bir dini icma fəaliyyət göstərir. Eyni zamanda rayonda 12 pir və 4 ziyarətgah vardır. Daşkəsən şəhər “Cümə” məscidi 2006-cı ilin sentyabr ayında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib. Daşkəsən şəhər “Cümə” məscidinin maddi-texniki bazasının yaxşılaşdırılması ilə yanaşı, məscidə ali dini təhsilli rəhbərliyin təyin olunması da təmin edilmişdir. Daşkəsən rayon dindarlarının dini icması 19 may 2006-cı il tarixdə Dini qurumlarla iş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçərək fəaliyyətə başlamışdır.

Ədəbiyyat Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, "Beynəlxalq əl-Huda" nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az; archive.org

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Xarici keçidlər