cat (ing. Concatenate – Birləşdir) — Unix, Linux, FreeBSD və digər Unix bənzəri əməliyyat sistemlərində faylların içindəkiləri göstərmək, birləşdirmək və başqa fayla ötürmək üçün istifadə olunan komandadır.
Sintaksis Əsas sintaksis:cat [seçimlər] <fayl1> <fayl2> ...
Seçimlər
-b – Boş olmayan sətirləri nömrələ. 1-dən başlayaraq. -n – Bütün sətirləri nömrələ. 1-dən başlayaraq. -s – Arda-arda olan boş sətirləri bir boş sətr olaraq göstər. -v – Yazılı forması olmayan simvolları xüsusi kodla göstər. -e – Hər sətrin sonuna "$" işarəsini əlavə et.
Nümunələr
Faylın içindəkiləri ekrana çıxarmaq üçün:$ cat faylın_adıFaylın içindəkilərini yeni fayla köçürmək üçün:$ cat fayl1 > kopya_faylİki faylı birləşdirmək və yeni fayl yaratmaq üçün:$ cat fayl1 fayl2 > birləşmiş_faylİlk faylın içindəkiləri ikinci faylın sonuna yapışdırmaq üçün:$ cat fayl1 >> fayl2Faylın içindəki bütün sətirləri nömrələmək üçün:$ cat -n proqram.c
Həmçinin Bax
Unix utilitlərinin siyahısı
İstinadlar
Kateqoriya:Əlifba sırasına görə proqramlar Kateqoriya:Utilitlər Kateqoriya:Unix Kateqoriya:Unix proqram təminatı Kateqoriya:Linux üçün proqram təminatları