I Georq Fridrix Karl (; ) — Saksen-Mayninqen hersoqu.

Həyatı 4 fevral 1761-ci ildə Frankfurtda dünyaya gəldi. Atası Saksen-Mayninqen hersoqu Anton Ulrix, anası isə onun ikinci xanımı olan Hessenli Şarlotta Amaliyadır. Hələ 2 yaşında ikən atası vəfat etdi və böyük qardaşı Karl Vilhelm anasının naibəliyi altında taxta çıxarıldı. 1775-ci ildə təhsilini Strasburq Universitetində davam etdirdi.

Ancaq qardaşı varissiz idi və onun vəfatının ardından 1782-ci ildə taxta çıxdı.

Taxta çıxar-çıxmaz gələcək varisləri üçün evlənmək qərarına gəldi. 27 noyabr 1782-ci ildə Hohenlohlu Luiza Elyanora ilə evləndi. Uzun illər övlasız qalan cütlüyün bu nigahdan 4 övladı doğuldu.

Adelayd Amaliya (1792-1849) İda Karolina (1794-1852) Ölü doğulmuş qız uşağı (1796) II Bernhard (1800-1882)

Hakimiyyəti boyunca reformasiya hərəkatını dəstəklədi. Elm və təhsilə mühüm önəm verdi və yeni gimnaziyalara maddi dəstək verdi. 24 dekabr 1803-cü ildə qızdırmalı bir xəstəlikdən Mayninqendə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Johann Matthäus Bechstein, Joh. von Vierling: Lebensgeschichte Herzog Georg’s des Unvergeßlichen. In: Herzoglich S. Coburg-Meiningisches jährliches gemeinnütziges Taschenbuch, … Meiningen 1803. Ludwig Hertel: Meiningische Geschichte von 1680 bis zur Gegenwart (= Schriften des Vereins für Sachsen-Meiningische Geschichte und Landeskunde. Heft 47, = Neue Landeskunde des Herzogtums Sachsen-Meiningen. Heft 10). Gadow & Sohn, Hildburghausen 1904, Digitalisat. Herta Müller: Georg I. Herzog von Sachsen Meiningen. In: Detlef Ignasiak (Hrsg.): Herrscher und Mäzene. Thüringer Fürsten und Hermenefred bis Georg II. Rudolstadt 1994. Andrea Jakob: Herzog Georg I. von Sachsen-Meiningen: Ein Präzedenzfall für den aufgeklärten Absolutismus. Meininger Museen, ISBN 3-910114-06-7.

İstinadlar

Kateqoriya:Almaniya hersoqları Kateqoriya:XVIII əsr şəxsləri