Meklenburq-Strelitzli Luiza Avqusta Vilhelmina Amaliya (; ) — Böyük Meklenburq-Strelitz hersoqu II Karlın qızı, Brandenburq kürfürstü və Prussiya kraliçası.
10 mart 1776-cı ildə Hannoverdə dünyaya gəldi. Atası Meklenburq-Strelitz hersoqu IV Adolf Frederikin qardaşı vəliəhd-şahzadə Karl, anası isə Hessen-Darmştadt landqrafı VIII Lüdovikin nəvəsi Frederika Karolinadır. Hələ 6 yaşında ikən anası doğuş əsnasında vəfat etdi. Beləcə, ana-nənəsinin himayəsinə verilən Luiza alman və fransız dillərində mükəmməl təhsil aldı. Digər yandan lüteran məzhəbinə uyğun təlim-tərbiyə gördü.
Nənəsinin vasitəçiliyi ilə 24 aprel 1793-cü ildə Darmştadtda Prussiya kralı II Fridrix Vilhelmin oğlu vəliəhd-şahzadə Fridrixlə nişanlandı. Üstəlik bu ikitərəfli bir qohumluq əlaqəsi oldu. Belə ki, eyni mərasimlə bacısı Frederika da kralın digər oğlu Lüdovik Karlla nişanlandı. Cütlüyün toy mərasimi 24 dekabrda Berlində baş tutdu. Mərasimin ardından Potsdam yaxınlığındakı Parets sarayında məskunlaşan cütlüyün bu nigahdan 10 övladı doğuldu.
Ölü doğulan qız uşağı (1794) IV Fridrix Vilhelm (1795-1861) I Vilhelm (1797-1888) Luiza Şarlotta (1798-1860) Frederika (1799-1800) Fridrix Karl Aleksandr (1801-1883) Frederika Aleksandrina (1803-1892) Fridrix Ferdinand (1804-1806) Luiza Avqusta (1808-1870) Fridrix Henri Albert (1809-1872)
Qaynatasının vəfatından sonra 1797-ci ildə əri III Fridrix Vilhelm adıyla taxta çıxdı. Beləcə, Prussiya kraliçası ünvanını qazandı. Napoleon müharibələri davam edərkən övladlarını da yanına alaraq 1806-cı ildə Köniqsberqə qaçdı.
19 iyul 1810-cu ildə Strelitzdə atasını ziyarət etdiyi səyahət əsnasında vəfat etdi.
Mənbə
Ədəbiyyat
In German Günter de Bruyn: Preußens Luise. Vom Entstehen und Vergehen einer Legende. Siedler, Berlin 2001, (with bibliography and index of illustrations)
İstinadlar
Kateqoriya:Hohensollernlər Kateqoriya:Köniqsberq şəxsləri Kateqoriya:XIX əsr Almaniya şəxsləri Kateqoriya:XVIII əsr monarxları