Əli İzzət oğlu Abdullayev () — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi|Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavini (2021–2022), nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini (2016–2021).

Həyatı Əli İzzət oğlu Abdullayev 1979-cu ildə anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi idarəetmə və hüquqşünaslıq ixtisasları üzrə ali təhsil almışdır.

2001–2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinə rəhbərlik etmişdir.

2 fevral 2016-cı ildə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri təyin edilmişdir. 23 iyun 2016-cı ildə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunmuşdur.

Rabitə və nəqliyyat nazirliklərinin birləşdirilməsindən sonra 2 fevral 2018-ci ildə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2018-ci ildən həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollegiyasının üzvü olmuşdur.

Əli Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin 11 oktyabr 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi adlandırılmasından sonra da nazirin birinci müavini vəzifəsində fəaliyyətini davam etdirmişdir. 24 may 2022-ci ildə nazirliyin strukturunda aparılan dəyişikliklə birinci müavin vəzifəsi ləğv edilmiş və Əli Abdullayev nazirlikdəki vəzifəsindən ayrılmışdır.

İstinadlar

Kateqoriya:Azərbaycan hüquqşünasları