İbn Dürüstəveyh (; ) — dilçi və ədəbiyyatşünas.
Bioqrafiyası 871-ci ildə Fəsada anadan olub və Bağdadda vəfat edib. Onu ləqəbi fars dilində "etibarlı, doğru" mənasında olan dürüst kəliməsi ilə təşbeh və ya nisbət bildirən veyh əlavəsindən yaranmışdır.
İbn Dürüstəveyh 883–884-cü illərdə atası Cəfərlə birlikdə Bağdada yollanmış və burda İbn Quteybə, Mübərrəd, Sələb və Yaqub əl-Fəsəvidən təhsil almışdır. O, Yaqub əl-Fəsəvidən "əl-Mərifə vət-tarix" adlı əsərini də rəvayət etmişdir.
İbn Dürüstəveyhin tələbələri sırasında isə Əbu Əli əl-Qali, Məhəmməd ibn Müzəffər, Darəqutni, İbn Şahin, Mərzibani və Mənsur ibn Məlaib əs-Səyrəfi kimi alimlər vardır.
O, "Təshihül-Fəsix", "Kitabül-Küttab", "əl-İrşad" və başqa əsərlərin müəllifidir.
İstinadlar