Tənux () — İslamın ilk illərində Hirə (İraq) ətrafında yaşayan xaçpərəst ərəb qəbiləsi.

Xəlifə əl-Mehdinin vaxtında (775-785) bu qəbilə Hələb ətrafına köçüb İslamı qəbul etmişdir. Sonralar qəbilənin bir qismi Livan dağlarına köçmüşdür. Məhz buradan ət-Tənux nisbəsini daşıyan mərd döyüşçülər çıxmışdır.

İstinadlar

Kateqoriya:İslam