|vikianbar = |yeniləmə =

Kərimli Elbrus Elnur oğlu - (26 iyul 2007, Naxçıvan şəhəri) — Azərbaycan boksçusu. Yeniyetmələr arasında Azərbaycan çempionu, beynəlxalq turnirlərin mükafatçısı və 2023-cü il yeniyetmələr arasında Avropa çempionatının bürünc medalçısıdır.

Həyatı və Fəaliyyəti

Elbrus Kərimli 26 iyul 2007-ci ildə Naxçıvan şəhərində anadan olub. 11 yaşından boksla məşğul olmağa başlayıb. 2018-ci ildən etibarən boks üzrə məşqlərini davam etdirmişdir. 2026-cı ildə yayımlanan Şərq qapısı qəzetində onun Naxçıvan İdman Akademiyasında təhsil aldığı və idman fəaliyyətini təhsili ilə paralel davam etdirdiyi qeyd olunub.

İdman Fəaliyyəti

Kərimli 2022-ci ildə yeniyetmələr arasında Azərbaycan birinciliyində qalib olaraq Azərbaycan çempionu olmuşdur.Həmin yarışda 66 komandanı və 326 boksçunu əhatə edən turnirdə müxtəlif çəki dərəcələri üzrə qaliblər müəyyənləşdirilmişdir. Elbrus Kərimli də çempion adına sahib olan boksçular arasında yer almışdır.2023-cü ildə Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmə boksçular arasında beynəlxalq turnirdə 54 kq çəki dərəcəsində finala yüksələrək gümüş medal qazanmışdır.Turnirdə 11 ölkədən 100-dən çox idmançı iştirak etmişdir.

Həmin ilin iyul ayında Ruminiyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 54 kq çəki dərəcəsində iştirak etmişdir.Üç döyüşdə qələbə qazandıqdan sonra yarımfinalda ukraynalı David Jiqjivaniyə məğlub olaraq turniri bürünc medalla başa vurmuşdur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin məlumatına görə, Kərimli 2023-cü ildə Ruminiyanın Arad şəhərində keçirilən “Dracula Open” beynəlxalq turnirində də qızıl medal, Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turnirdə isə bürünc medal qazanmışdır.

2024-cü ildə gənclər arasında Azərbaycan birinciliyində 57 kq çəki dərəcəsində finala yüksələrək gümüş medal qazanıb,final görüşündə isə Məhəmmədli Aşurəliyevə 5:0 hesabı ilə məğlub olmuşdur.

İstinadlar