Emin Cəbrayıl oğlu Mahmudov () — Azərbaycan milli futbol komandasının və "Neftçi"nin kapitanıdır

Həyatı Azərbaycanın Saatlı rayonun Qara Nuru (keçmiş Krasnoselsk) kəndində doğulmuşdur. Üç yaşında ikən Emin Mahmudovun ailəsi Rusiyaya, Moskva vilayətinə köçür. Emin Mahmudovun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var.

Karyerası Emin Mahmudov futbol həyatına "Saturn"un uşaq komandası olan "Master-Saturn"da başlayıb. Rusiya vətəndaşlığını daşıyan 1992-ci il təvəllüdlü futbolçu 2009-cu ildə "Saturn"un əvəzedici heyətində daim oynaması ilə diqqət çəkib. Artıq əsas komandaya cəlb olunan Emin 2010-cu ilin yanvar ayında Sankt-Peterburq şəhərində Vladimir Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə karyerasında ilk uğurlarını qazanıb. Belə ki, Rusiyanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) qalibi olduğu turnirin bombardiri də məhz Mahmudov olub. Özü də maraqlıdır ki, adətən nadir hallarda qol vurduğunu etiraf edən hücuma meyilli yarımmüdafiəçi turnirdə, demək olar, hər oyunda rəqib qapısına yol tapmağı bacarıb.

Mahmudov Rusiya Premyer Liqası debütünü 24 aprel 2010-cu ildə Moskva Dinamosu ilə oyunda etdi. O, premyer liqadakı ilk qolunu 20 noyabr 2010-cu ildə (Rusiya çempionatının 29-cu turunda) Anji ilə görüşdə vurub. 15 yanvar 2011-ci ildə Mahmudov uşaqlıqdan azarkeşi olduğu Moskvanın "Spartak" klubu ilə müqavilə imzalayıb. Emin yeni klubunda 2011-ci il yanvarın 18-də Kişinyovun "Daçiya" klubu ilə yoldaşlıq oyununda debüt etdi.Spartak heç-heçə ilə başlayır 3 mart 2011-ci ildə Rusiya Kubokunun 1/8 finalında Novosibirskin Sibir klubuna qarşı keçirilən oyunda Emin rəsmi oyunlarda Spartak üçün debüt etdi və həmin oyunda assistentlik etdi. Spartak bu oyunda 2:0 hesabı ilə qalib gəldi və 1/4 finala yüksəldi. 14 mart 2011-ci ildə Mahmudov "Rostov"la matçda meydanda start heyətində meydana çıxdı, həmin oyunda "Spartak" sensasiyalı şəkildə 0:4 hesabı ilə məğlub olmuşdu.РФПЛ: Emin Mahmudov — Spartak 25 fevral 2012-ci ildə "Tom" klubuna icarəyə verildi. Mövsümün sonunda o, qırmızı-ağların düşərgəsinə qayıdır.

14 fevral 2013-cü ildə icarə əsasında Samaranın Krılya Sovetov klubuna keçdi. 2014-cü il yanvarın 31-də Mahmudovun transferini Krılya Sovetov alıb. Krılya Sovetovda tez-tez zədələrdən əziyyət çəkən Mahmudov 2015/16 mövsümünün transfer pəncərəsində Mordoviya klubuna icarə əsasında keçdi.

Mahmudov 20 iyul 2016-cı ildə Portuqaliyanın Boavişta klubu ilə müqavilə imzaladı. Yeni klubun tərkibində Mahmudov yalnız noyabrın sonunda debüt etdi, Sportinq Lissabon ilə oyunda əvəzedici kimi meydana çıxdı. Bir ay sonra Emin karyerasında ilk dəfə Portuqaliyada qolunu vurdu. Həmin oyunda "Boavişta" 2:0 hesabı ilə qalib gəldi. Buna baxmayaraq Boaviştada əsas heyətə düşməkdə çətinlik çəkən Mahmudov klubu dəyişmək qərarına gəlir.

Neftçi 2017-ci ildə Mahmudov Azərbaycanın Neftçi klubuna keçib. 2018/2019-cu il mövsümündə Neftçinin heyətində Emin Mahmudov Azərbaycan çempionatının gümüş mükafatçısı olub. 2020/21 mövsümündə isə Azərbaycan çempionatının qalibi olub.

Mahmudov Neftçidə 150-ci matçına 7 avqust 2022-ci ildə keçirilən Şamaxı-Neftçi matçının 70-ci dəqiqəsində çıxıb. Eyni zamanda matçın 81-ci dəqiqəsində fərqlənməyi bacarıb. Matç Neftçinin 0–1 hesablı qələbəsi ilə başa çatıb.Şamaxı 0–1 Neftçi Soccerway E. Mahmudovun "Neftçi" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır. Neftçi ona müqaviləsini daha üç il uzatmaq üçün illik 350 min dollar maaşlı müqavilə edib və Emin bu təklifi qəbul edib.

Emin Mahmudov Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırılıb.

Uğurları

Klub Neftçi Azərbaycan Premyer Liqası Qalib (1): 2020/21

Şəxsi

İstinadlar

Xarici keçidlər 2010-cu il "Saturn"un azərbaycanlı futbolçusuna düşərlidir BATE və "Saturn"da azərbaycanlı futbolçular AFFA Emin Mahmudovu niyə unutdu?

Kateqoriya:Rusiya futbolçuları Kateqoriya:Saatlıda doğulanlar Kateqoriya:Rusiya azərbaycanlıları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Boavişta FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Portuqaliya Premiera Liqası futbolçuları Kateqoriya:Rusiya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Rusiya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Portuqaliyada legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Portuqaliyadakı əcnəbi kişi futbolçular Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular