Həmd vadisi (tarixi adı: İdəm vadisi) — Ərəbistan yarımadasının ən böyük vadilərindən biri. Uzunluğu təxminən 400 kilometrə çatır. Mədinə şəhəri yaxınlığından başlayan vadi qərbə meyilli şəkildə şimala doğru irəliləyir. Xeybərin şimal-qərbində Cəzl vadisi ilə birləşdikdən sonra istiqamətini qərbə dəyişir, dağları yararaq sahil düzənliyinə çıxır və Əmləc ilə Vəch şəhərləri arasında Qırmızı dənizə tökülür (mənsəbi dəqiq olaraq Əmləc şəhərindən 107 kilometr şimalda yerləşir).
Bəzi mövsümlərdə bu vadi fasiləsiz olaraq 20 gündən artıq axa bilən güclü çaya çevrilir. Vadi əl-Həmd digər Tihamə vadilərindən fərqlənir. Belə ki, o, Ərəbistan yarımadası yaylasının qərb kənarından başlamayan yeganə vadidir.
Tarixi mənbələrdə İdəm Mədinənin yerləşdiyi vadidir. Mədinə yaxınlığındakı hissəsi "əl-Qəna", səddin yuxarısındakı hissəsi "əş-Şəza", Şəzadan dənizə qədər olan hissəsi isə "İdəm" adlanır. Suların orada birləşməsi səbəbindən "İdəm" adlandırılmışdır, günümüzdə isə "əd-Diqə" kimi tanınır.
Şeyx Həməd əl-Casir demişdir: "İdəm bu gün Həmd vadisi kimi tanınır. O, cənubda Məh-əz-Zəhərdən şimalda Həfirət-ül-Aydaya qədər olan bütün Cəls sularını özündə birləşdirir. Bu, təxminən dördsüz kilometrlik bir məsafəni, yəni böyük bir bölgəni əhatə edir. Onun əsas qollarına Nəqi vadisi, Əqiq-əş-Şərqi, Nəxl, Xeybər vadiləri, Cəzl, Qura vadisi, Mələl, Ays, Atimə və digər onlarla vadi daxildir".
Sələmə ibn Cəndəl demişdi
Hərbi yürüşlər kitablarında Abdullah ibn Əbi Hədrəddən rəvayət olunur ki, o, belə demişdir: "Allahın Elçisi bizi bir dəstə müsəlmanla, o cümlədən Əbu Qatədə Haris və Məhləm ibn Cəssamə ilə birlikdə göndərdi. Biz çıxıb İdəm vadisinin içinə çatdıqda dəvə minmiş Amir ibn Əzbət bizim yanımızdan keçdi. O, bizə islam salamı verdi, lakin biz ona cavab vermədik. Məhləm aralarındakı əvvəlki bir məsələyə görə ona hücum edib öldürdü və dəvəsini götürdü. Allahın Elçisinin yanına qayıdıb hadisəni danışdıqda, Allah-Taala bizə bu ayəni nazil etdi: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxarkən (döyüşə və ya səfərə gedərkən) diqqətli olun (araşdırın). Sizə salam verənə (müsəlman olduğunu bildirənə) dünya həyatının keçici mənfəətini əldə etmək məqsədilə: "Mömin deyiləm", – deməyin…" (ən-Nisa surəsi)".
Yaqut Həməvi "Mcəm əl-buldən" əsərində qeyd etmişdir: "Zül-İdəm — Məkkə ilə Yəmamə arasında, Səminə yaxınlığında hacıların yolunun keçdiyi sudur". Cüli demişdir: "İdəm Tihamə dağlarında bir vadidir, Mədinənin yerləşdiyi vadidir.
İstinadlar
Kateqoriya:Vadilər Kateqoriya:Səudiyyə Ərəbistanı coğrafiyası