Nəcranın mühasirəsi — müasir Yəmən ərazisində yerləşən Himyər dövlətinin müasir Efiopiya ərazisindəki Aksum krallığı tərəfindən işğalı zamanı baş vermiş mühasirə. Bu, islamaqədərki Ərəbistanda baş vermiş ən məşhur hərbi münaqişələrdən biridir.
Mühasirə Himyər padşahı Zü Nüvasın hakimiyyəti dövründə dövlət xristianlığın mərkəzi olan Nəcranı mühasirəyə almış və şəhərin xristian əhalisini kütləvi şəkildə qətlə yetirmişdi. Bundan sonra Bənu Məzhic qəbiləsi prosesə qoşularaq şəhəri müdafiə etmiş və himyəriləri məğlubiyyətə uğratmışdır. İki il sonra isə Aksum krallığı və Bizans imperiyası münaqişəyə müdaxilə edərək Himyər krallığını işğal etmiş və bununla da Zü Nüvasın hakimiyyətinə son qoymuşdur.
Nəticəsi Himyər krallığının süqutundan sonra Nəcran xristianlarına qarşı həyata keçirilən qətliamlar dayandırılmışdır. Aksum krallığı isə Sasanilərin Himyara yürüşünə qədər bu ərazilərdə hakim mövqeyini saxlamış, həmin yürüşdən sonra himyarlılar yenidən hakimiyyətə qayıtmışdır.
İstinadlar
Kateqoriya:İstilalar Kateqoriya:Qədim Yəmən Kateqoriya:VI əsrdə Asiya Kateqoriya:VI əsrdə xristianlıq Kateqoriya:Yəmənin hərb tarixi Kateqoriya:Himyər dövləti