La-Feryer qalasında izdiham — 2026-cı il aprelin 11-də Haitinin Şimali departamentində yerləşən La-Feryer qalasında izdiham. Həmin gün qalada həm Pasxa bayramı, həm də obyektin YUNESKO-nun irs siyahısına daxil edilməsinin ildönümü ilə əlaqədar ənənəvi bayram tədbiri planlaşdırılmışdı.Harold Isaac. At least 30 dead in stampede at Haiti’s historic Laferriere Citadel // Reuters, April 12, 2026 "TikTok" sosial şəbəkəsində reklamı yayılan tədbir adi günlərdən daha çox insan cəlb etmişdi.Sam Jones. At least 30 killed in crush at historic fortress in Haiti // The Guardian, April 12, 2026 Haiti Baş naziri Aliks Didye Fis-Emenin sözlərinə görə, həmin gün qalada çoxlu gənclər toplaşmışdı.André Paultre, Emiliano Rodríguez Mega. Mass Stampede at Haitian Tourist Site Leaves Dozens Dead // The New York Times, April 12, 2026At least 30 feared dead in crush at Haitian tourist site // BBC, April 12, 2026

Dağın zirvəsində, qalanın yeganə girişinin qarşısında böyük ziyarətçi kütləsi yaranmışdı. Bəziləri içəri girmək istədikləri halda, digərləri çölə çıxmağa çalışırdılar. Başlayan yağış vəziyyəti daha da gərginləşdşirmişdi. Daha sonra polis tərəfindən davaşın qarşısını almaq üçün tətbiq edilən gözyaşardıcı qazın çaxnaşmaya səbəb olduğu barədə məlumatlar yayılmışdı.

Nəticədə yaranmış izdihamda azı 25 nəfər həlak olmuşdur. İlkin olaraq 30 nəfərin öldüyü elan edilmiş və bu rəqəmin arta biləcəyi bildirilmişdi. Onlarla zərərçəkmiş xəstəxanaya çatdırılmışdır. Bir qrup insan haqqında isə heç bir məlumat yoxdur, onlar itkin düşmüş hesab olunurlar.

Haitinin baş naziri Aliks Didye Fis-Eme və digər rəsmi şəxslər həlak olanların və zərərçəkənlərin ailələrinə başsağlığı vermişlər. Aprelin 14-dən etibarən Haitidə üçgünlük matəm elan edilmişdir.

İstinadlar

Kateqoriya:11 apreldəki hadisələr Kateqoriya:2026-cı ildəki fəlakətlər