Bətnül-Qərran — islam peyğəmbəri Məhəmmədin dövründə Səudiyyə Ərəbistanı ərazisində yerləşən məkan. Məhəmməd bu ərazidə baş tutmuş Bəni-Lihyan yürüşünü əmr etmişdir. Məhəmməd hicri 6-cı ilin rəbiüləvvəl və ya cəmadiyələvvəl ayında (miladi 627-ci ilin iyul ayı) 200 müsəlman döyüşçü ilə yola çıxmış və hədəfin Suriya olduğu təəssüratını yaratdıqdan sonra istiqamətini Rəci yürüşündə 10 müsəlmanın öldürüldüyü yer olan Bətnül-Qərran istiqamətinə dəyişdirmişdir.

İstinadlar

Kateqoriya:Səudiyyə Ərəbistanının tarixi vilayətləri