Ramiz Vəliyev – Azərbaycan Respublikasının Əməkdar artisti.

Həyatı Ramiz Vəliyev 1959-cu ildə Gəncədə anadan olmuşdur. 1974-cü ildən Gəncə Dövlət Dram teatrında yaradıcı aktyor heyətində, aktyor kimi işə başlayıb, 1981–1985 ci illərdə M.A.Əliyev adına İncəsənət universitetinin Dram və kino aktyoru şöbəsini, Şəfiqə Məmmədovanın tam kursunu fərqlənmə diplomu ilə bitirmişdir.

1990-cı ildən C.Cabbarlı adına Gəncə Dövlət dram teatrında işləməyi ilə bərabər Gəncə Dövlət Nizami Poeziya teatrında da aktyor fəaliyyətinə başlamışdır. İşlədiyi müddətdə aşağıdakı rolları oynamışdır:

"Bəhram şah"da Bəhram şah, "Şairin məhəbbəti"ndə Məhəmməd, "Gül və Zəhərdə" II loğman, "Qızıl zəncirlər"də Usta, "Məhəbbətin qənimi"ndə Aqil, "Memarın məhəbbəti" – Əcəmi, "Yeddi məhbusun şikayəti" – Çoban, "Dərd yükü" – aparıcı və s. Hazırda Volterin "Sadiq və ya Tale" povestinin motivləri əsasında Fərman Rzayevin səhnələşdirdiyi "Əlmanə" tamaşasında Səddaq obrazı üzərində işləyir.

Respublikanın əməkdar artisti fəxri adına layiq görülmüşdür, "Qızıl Dərviş" mükafatı laureatıdır. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Ailəlidir. İki övladı var.

Mükafatları 7 may 2026-cı ildə Prezident Mükafatına layiq görülmüşdür.

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin mükafatı laureatları