Maud Aleksandra Viktoriya Georgina Berta Duff (; ) — Britaniya kralı VII Eduardın nəvəsi, Sautesk qrafinyası.
Həyatı 3 aprel 1893-cü ildə Surreydə dünyaya gəldi. Atası şotland əsilli zadəgan Aleksandr Duff, anası isə vəliəhd-şahzadə Albert Eduardın qızı şahzadə Luizadır. Üstəlik atası da Britaniya kralı IV Vilhelmin məşuqəsindən doğulan nəvəsi idi. Doğulduğu əsnada anasının nənəsi Kraliça Viktoriya hələ də taxtda idi.
22 iyunda Sent-Ceyms sarayında vəftiz edildi və ana-nənəsi Danimarkalı Aleksandra, anasının bibisi dul-imperatriça Viktoriya, xalası Uelsli Maud, dayısı şahzadə Georq və xanımı Tekli Mariya onun vəftiz valideynləri oldu. Anasının nəzarəti altında böyük bacısı Aleksandra Viktoriya ilə birgə mükəmməl saray təlim-tərbiyəsi aldı. Valideynlərinin oğul varisi olmadığı üçün ulu nənəsi Kraliça Viktoriya 24 aprel 1900-cü ildə verdiyi xüsusi fərmanla hersoqun vəfatı halında ünvanın qız övladlarına, onlardan sonra isə onların oğul varislərinə keçməsini təsdiqlədi. Beləcə, böyük bacısı Aleksandra Viktoriyadan sonra atasının ikinci varisi oldu.
Britaniya monarxının qız nəvəsinin şəcərəsinə mənsub olması səbəbilə heç bir monarxial ünvanı olmasa da, yalnız hersoq qızı olduğu üçün Leydi () ünvanı daşımaqda idi. Ancaq ana-babası VII Eduardın 1901-ci ildə taxta çıxmasının ardından verilən 9 noyabr 1905 tarixli fərmanla böyük bacısı Aleksandra Viktoriya ilə birgə Əlahəzrət şahzadə () ünvanı aldılar. Bu isə Britaniya tarixində yeganə elə hadisə oldu.
Qatıldığı ilk monarxial mərasim isə ana-babası VII Eduardın 20 may 1910-cu ildə baş tutan cənazə mərasimi və ardından taxta çıxan dayısı V Corcun 22 iyun 1911-ci ildə baş tutan tacqoyma mərasimi oldu. Ertəsi il Misir sahillərində baş verən gəmi qəzasından xilas edildi. Ancaq bu qəzadan bir neçə həftə sonra atası Aleksandr Duff vəfat etdi.
Atasının vəfatından sonra Fayf hersoqu ünvanını miras alan böyük bacısı Aleksandra Viktoriyanın 15 oktyabr 1913-cü ildə Sent-Ceyms sarayında baş tutan toy mərasimində gəlin nədiməsi kimi iştirak etdi. Özünün evləndiyi 1923-cü ilədək daha çox dul anası Luiza və ana-nənəsi Danimarkalı Aleksandranı dövlət tədbirlərində müşayiət etdi. Dayısı V Corc 20 noyabr 1917-ci ildə imzaladığı fərmanla Əlahəzrət şahzadə () ünvanlarının verilməsinə limit təyin etdi. Bacısı qızlarının bu ünvanı istifadəsinə qarışmadı və Maud Aleksandra evləndiyi 1923-cü ilədək bu ünvanı daşıdı. Bu tarixdən etibarən etibarən isə ərinin soyadını və Leydi () ünvanını daşımağa başladı. Bununla birlikdə, bir çox ailəvi monarxial mərasimlərdə iştirakını davam etdirdi. Bunlar dayısı V Corcun 28 yanvar 1936-cı ildə baş tutan cənazə mərasimi və dayısı oğlu VI Corcun 12 may 1937-ci ildə baş tutan tacqoyma mərasimi oldu.
13 noyabr 1923-cü ildə Londonda Sautesk qrafı Noel Karneqinin oğlu lord Karl Karneqi ilə evləndi. Cütlüyün bu nikahdan yalnız bir oğlu dünyaya gəldi.
Ceyms Georq Karneqi (1929–2015)
Rəsmi və ya ictimai vəzifələr almasa da, Sent-Ceyms sarayında daim Britaniya monarx ailəsinin yanında öz yerini qorudu. Bacısı Fayf hersoginyası Aleksandra Viktoriyanın yeganə övladı Alastar Vindzorun 1943-cü ildəki erkən ölümündən sonra ta-baba mülkü olan Fayf hersoqluğunun varisi oldu. Ancaq öz ömrü buna əl vermədi və bacısından tez vəfat etdi. Bu səbəblə, oğlu Ceyms Georq Karneqi xalasının 1959-cu ildəki vəfatının ardından Fayf mülkünü miras aldı.
Qayınatasının vəfatının ardından 1941-ci ildə əri onun ünvanlarını miras aldı və beləcə, Maud Aleksandra Sautesk qrafinyası oldu.
Maud Aleksandra 14 dekabr 1945-ci ildə Londondakı baxım evlərinin birində broxial iltihab səbəbilə yaşadığı tutmanın ardından 52 yaşında vəfat etdi. 4 gün sonra keçirilən cənazə mərasiminin ardından Şotlandiyada dəfn edildi.
Qalereya
Mənbə
Ədəbiyyat Montgomery-Massingberd, Hugh (editor). Burke's Guide to the Royal Family, Burke's Peerage, London, 1973, p. 306. ISBN 0-220-66222-3
İstinadlar Kateqoriya:Edvard dövrü Kateqoriya:XX əsr Birləşmiş Krallıq şəxsləri