thumb|1980-ci illərdə Britaniyada keçirilən reklam kampaniyasında təzə qaymaqla hazırlanan tortlar bu anlayış ilə reklam olunurdu. Müqəssir zövq, gizli zövq və ya günahkar zövq — adətən yüksək qiymətləndirilmədiyini və ya qeyri-adi hesab edildiyini bilsə də, insanın zövq aldığı fəaliyyət. Məsələn, kimsə filmin keyfiyyətsiz çəkildiyini və ya ümumilikdə mənfi qarşılandığını qəbul etsə də, gizlicə həmin filmə baxmaqdan zövq ala bilər. Bu termin sağlamlıq səbəbləri də daxil olmaqla, xüsusilə uzaq durulması tövsiyə edilən qidalara olan meyli ifadə etmək üçün də istifadə olunur. Məsələn, bir çoxları üçün qəhvə, alkoqollu içkilər, siqaret çəkmək və axşam yeməyindən sonra şokolad yemək müqəssir zövq hesab olunur.

İstinadlar

Kateqoriya:Günahkarlıq Kateqoriya:Populyar psixologiya