Paul Lüdviq Troost ()Speer, Albert (1970) Inside the Third Reich New York: Simon and Schuster. p.49Kellerhoff, Sven Felix (2004) The Führer Bunker: Hitler's Last Refuge. Berlin: Story Verlag. p.38 — alman memar. 1930-cu ildən etibaren Adolf Hitlerin sevimli baş memarı olan Troostun Münxendəki Fürerbau (Rəhbər binası), Nasist Partiyasının inzibati binası () və İncəsənət evi () üçün hazırladığı neoklassik layihələr nasist memarlığının üslubuna təsir göstərmişdir.

Həyatı Reynlanddakı Elberfeld vilayətində anadan olan Troost, Darmştadt Texniki Kollecində təhsil almış və kursu bitirdikdən sonra 1920-ci ildən başlayaraq Münxendə Martin Dülfer ilə birlikdə çalışmışdı. Daha sonra universitetdə mühazirəçi müəllim kimi ixtisaslaşmışdı. 1920-ci illərdə o, öz memarlıq ofisini açdı və modernist Alman Sənətkarlar Birliyinin () üzvü oldu. Troost Potsdamdakı Sesilyanhof Sarayının bir neçə otağının layihəsini hazırlamışdı. 1922-ci ildə ABŞ-yə etdiyi səfərdən sonra o, "Norddeutscher Lloyd" gəmiçilik şirkəti üçün paroxod interyerlərini, həmçinin transatlantik layner gəmilərinin avadanlığını müasirlik və ənənəvi Sparta elementlərini birləşdirən üslubda layihələndirmişdi. O, 1929-cu ilədək şirkətin ən böyük gəmilərinin, o cümlədən "SS Europa", "SS Berlin", "SS München" və "SS Homeric" gəmilərinin dizayn işlərinə rəhbərlik etmişdir.

Son dərəcə hündürboylu, arıq cüssəli, təmkinli və saçı qısa qırxılmış bir vestfaliyalı olan Troost, Peter Berens və Valter Qropius kimi memarlar cərəyanına mənsub idi; onlar hələ 1914-cü ildən əvvəl belə həddindən artıq bəzəkli yugendstil () üslubuna qarşı kəskin mövqe tutaraq bəzəkdən demək olar ki, tamamilə məhrum, ornamentsiz və sadə bir memarlıq yanaşmasını müdafiə edirdilər.

Adolf Hitlerlə münasibətləri Troost və Hitler ilk dəfə 1929-cu ildə nasist naşiri Huqo Brukman və həyat yoldaşı Elza vasitəsilə tanış olmuşlar. 1933-cü ilədək alman memarlarının aparıcı qrupuna daxil olmasa da, Troost Hitlerin ən nüfuzlu memarına çevrildi və onun neoklassik üslubu bir müddət Üçüncü Reyxin rəsmi memarlığı oldu. Onun işləri Hitleri ruhlandırırdı və o, Almaniyanın bütün ərazisində dövlət və bələdiyyə binalarını layihələndirib inşa etmişdir.

Hitler, Münxendəki Barlou sarayının binasını Nasist Partiyasının qərargahına, yəni Qəhvəyi evə çevirmək üçün Troosta sifariş vermişdi. O, binanı Hitlerin nəzarəti altında ağır və modernizm əleyhinə üslubda dekor etmişdi. 1933-cü ilin payızında ona Berlindəki Reyx Kanslerliyində yerləşən Hitlerin yaşayış sahələrinin yenidən qurulması və yenidən mebellə təchiz edilməsi tapşırıldı. Lüdviq Ruff kimi digər memarlarla birlikdə Troost ölkə ərazisində dövlət və bələdiyyə binalarını, o cümlədən yeni inzibati ofisləri, fəhlələr üçün sosial binaları və əsas magistral yollar üzərindəki körpüləri layihələndirmiş və inşa etmişdir.

İstinadlar

Kateqoriya:Almanlar