Anokratiya və ya yarımdemokratiya — qismən demokratiya, qismən diktatura və ya "demokratiyanı avtokratik xüsusiyyətlərlə birləşdirən rejim" kimi xarakterizə olunan idarəetmə forması. Digər bir tərifə görə, anokratiya "müxalif fəaliyyətlərə müəyyən dərəcədə iştirak mexanizmləri ilə icazə verən, lakin şikayətləri aradan qaldırmaq üçün effektiv mexanizmlərdən məhrum olan rejim" kimi tərif edilir. Tədqiqatçılar anokratiyaları avtokratiyalardan və demokratiyalardan hakimiyyəti, siyasi dinamikanı və siyasət gündəmini saxlamaq qabiliyyətlərinə görə fərqləndirirlər. Eyni zamanda, bu cür rejimlərin nominal səviyyədə siyasi rəqabətə imkan verən demokratik institutları mövcuddur.
İstinadlar
Kateqoriya:Demokratikləşmə Kateqoriya:Demokratiyanın növləri Kateqoriya:Diktatura Kateqoriya:Qarışıq hökumət Kateqoriya:Siyasi nəzəriyyələr Kateqoriya:Siyasi terminlər