Abbas Molla Rəhim oğlu Dərgahov () — Azərbaycan aktyoru.
Həyatı Abbas Dərgahov 1878-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı.Sonra şəhər məktəbində oxumuşdu. Ağdam şəhərində yaşayırdı. O, teatr həvəskarı idi. Olduqca dindar, mömün bir ailədən çıxmasına baxmayaraq səhnəyə çıxmış bir rollarda oynamışdı.
1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyulmuşdu.
Mənbə Ənvər Çingizoğlu, Dərgahovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, № 12, səh.7–9.
Həmçinin bax Molla Rəhim Dərgahov
İstinadlar