İnçə — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd.

Əhalisi Kənd Şəki-Qax-Zaqatala-Balakən yolu üzərində yerləşir.Kəndin əhalisi 1355 nəfər təşkil edir ki, onun da 692 nəfəri kişi, 663 nəfəri isə qadındır. Kəndin yuxarı hissəsində əhali daha sıx yerləşib. Kəndin əhalisi ikimillətlidir. Burda Rutullar da məskunlaşmışdır (XX-XIX əsr). Rutullar bura 18-19-cu əsrlərdə Dağıstanın Rutul rayonu ərazisindəki Borç kəndindən Azərbaycanın şimal ərazilərinə köçmüşdür(Şəki- Şin, Şorsu, Daşüz, Göybulaq və s.). Əhalisi çox mehriban, qonaqpərvərdir. İslam dininə etiqad edirlər. Kənd daxilində 3 şəhid bulağı var. Şəhid Əlibəyov Mahmud, Şəhid Piriyev İsmayıl, Şəhid Elmir Umudlu. Əhalisi əsasən bağçılıq, əkinçilik, maldarlıq ilə məşğul olur.

Kənd haqqında

Kənd Şin çayının sahilində yerləşir. Kəndin 3 tərəfi dağlarla əhatə olunmuşdur. Dağların ən yüksək zirvəsi Qaraginədir. Ərazisi 1,58 km²-dir. Kəndin şərq hissəsində uzunluğu 941 m olan çay axır. Çayın mənbəyi dağ sularından gəlir, mənsəbi yoxdur. Kəndin girişindən başına kimi olan əsas yolun uzunluğu 1,9 km-dir.

İstinadlar

Kateqoriya:Şəki rayonunun kəndləri