Hepatit ( , "qaraciyər") — qaraciyərin iltihabıdır və bir çox səbəbdən meydana gələ bilər. Adətən bu, viral infeksiyanın və ya spirtli içkilərin səbəb olduğu qaraciyərin zədələnməsinin nəticəsidir.

Hepatitin bir neçə fərqli növü var. Bəzi növlər heç bir ciddi problem olmadan keçir, digərləri isə uzun müddətli (xroniki) ola bilər və qaraciyərdə çapıqlar (sirroz), qaraciyər funksiyasının itirilməsi və bəzi hallarda qaraciyər xərçənginə səbəb ola bilər.

Əlamətləri Əzələ və oynaq ağrısı Yüksək temperatur İştahsızlıq Tünd rəngli sidik Solğun, boz rəngli nəcis Qaşınan dəri Gözlərin və dərinin saralması (sarılıq) Ürək bulanması, qusma, ishal Mədə – bağırsaq şikayətləri Qarnın üst bölgəsində ağrı Yorğunluq.

Hepatit A-da 38 °C yüksək temperaturla yanaşı (influenzadakı kimi) oynaq ağrıları da əmələ gəlir. Temperatur, ümumiyyətlə sarılığın ilk bir neçə günündə normala dönür.

Xroniki hepatit, qaraciyərin funksiyaları dayanana qədər (qaraciyər çatışmazlığı) heç bir aşkar simptoma malik olmaya bilər və yalnız qan testləri zamanı aşkar edilə bilər.

Sonrakı mərhələlərdə sarılıq, ayaqlarda, topuqlarda və ayaqlarda şişkinlik, nəcisdə və ya qusuntu kütləsində qan ola bilər.

Yoluxma səbəbləri

Xəstəlikdən qorunma tədbirləri Əsas qorunma tədbiri fərdi gigiyena qaydalarına riayət, əllərin tez-tez yuyulması Ülgüc, diş fırçası, sırğa, dırnaq qayçı kimi şəxsi əşyaları başqaları ilə paylaşmayın. Səhiyyə işçiləri iynə vurarkən və atarkən diqqətli olmalıdırlar. Hamilə qadınlar B və C tipli sarılıq mikroblarının olması üçün testdən keçməlidirlər. Ailədə sarılıq, siroz və ya qaraciyər xərçəngi olan bir xəstə (xüsusilə valideynlər, qardaşlar, həyat yoldaşları kimi yaxın qohumlar) varsa mütləq müayinə olunmalıdır. Gigiyena və sağlamlıq qaydalarına riayət etmək, yoluxma riskini azalda bilər ancaq tamamilə maneə törədə bilməz.

Həmçinin bax Qaraciyər Sarılıq Hepatit D Hepatit E Hepatit A Hepatit B Hepatit C

İstinadlar

Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:İltihablar Kateqoriya:Hepatitlər Kateqoriya:Virus infeksiyaları Kateqoriya:Zöhrəvi xəstəliklər