Qaraçanlı — Azərbaycan Respublikasının Laçın rayonunun Pircahan kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Etimologiya Əsli Qaracalı olmuşdur. Keçmiş adı Qaraçanlı Zeynallıdır.
Tarixi Qaraçanlı kəndi dağətəyi ərazidədir. Keçmişdə burada Qaraçanlı adlı iki kənd olmuşdur. Bir-birindən fərqləndirmək üçün Zeynallı kəndi yaxınlığında yerləşdiyinə görə Qaraçanlı Zeynallı adlandırılmışdır. Kəndin adı qaraçanlı tayfasının adı ilə bağlıdır.'''Azərbaycan toponimlərinin ensklopedik lüğəti, 2 cilddə. Bakı-2007. II cild, səh. 20.
Həmçinin bax Qaraçanlı (Kəlbəcər) Qaraçanlı tayfası
İstinadlar
Kateqoriya:Laçın rayonunun kəndləri