"I" əməliyyatı və Şurikin digər macəraları" () — rejissor Leonid Qaydayın filmi.

Məzmun Film 3 novelladan ibarətdir: "Ortaq", "Qarabasma" və ""I" əməliyyatı". Hər üç novelladakı hadisələr baş qəhrəman olan, məzəli və heç vaxt ruhdan düşməyən tələbə Şurikin ətrafında cərəyan edir. Bu filmdə həm də Leonid Qaydayın filmlərinin qəhrəmanı olan Qorxaq, Axmaq və Çoxbilmiş obrazlarını görmək olar.

Film haqqında Filmin çəkilişləri 27 iyul 1964-cü ildə başlamış və 3 aprel 1965-ci ildə başa çatdırılmışdır. Filmin çəkilişləri hazırkı Sankt-Peterburqda, "Mosfilm" kinostudiyasının pavilyonunda, Moskvanın Sviblovo rayonunda və Odessada aparılmışdır. Bir çox komik məqamlar elə çəkiliş vaxtı düşünülmüşdü. Məsələn, Şurikin Axmağı rapira qılıncı ilə yaralaması və onun sinəsindən "qan" (qırmızı şərab) axmağı səhnəsi aktyor Yuri Nikulinin ideyası olmuşdur. Filmin bütün epizodlarında Moskvanın 1960-cı illər memarlığı əks etdirilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifləri : Yakov Kostyukovski, Moris Slobodskoy, Leonid Qayday Rejissor : Leonid Qayday Operator : Konstantin Brovin Rəssam : Artur Berger Bəstəkar : Aleksandr Zasepin Dirijor : Vladimir Vasilyev

Rollarda

"Ortaq" Aleksandr Demyanenko – Şurik Aleksey Smirnov – Fedya Mixail Puqovkin Vladimir Basov – polis Emmanuil Geller – çətirli sərnişin Rina Zelyonaya – avtobus sərnişini Hüseyn Axundov – 13 №-li avtobusun sərnişini Viktor Uralski – tikintidə aşpaz Georgi Axundov – keçəl sərnişin Valentina Berezutskaya

"Qarabasma" Aleksandr Demyanenko – Şurik Nataliya Seleznyova – Lida Vladimir Rautbart – professor Viktor Pavlov Valeri Nosik – oyunçu tələbə Georgi Georgiu Zoya Fyodorova – qonşu Sergey Jirnov – Şurikin dostu Viktor Zozulin – radiooperator

""I" əməliyyatı" Aleksandr Demyanenko – Şurik Yuri Nikulin – Axmaq Georgi Vitsin – Qorxaq Yevgeni Morqunov – Çoxbilmiş Vladimir Vladislavski Mariya Kravçunovskaya – nənə Vladimir Komarovski – sürücü Tanya Qradova – Lena Aleksey Smirnov – alıcı

İstinadlar

Xarici keçidlər Filmi izlə (azərbaycan dilində) "I" əməliyyatı filmi — 10 ən yaxşı sovet filmindən biri

Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1965-ci ilin SSRİ filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Moskva haqqında filmlər Kateqoriya:Alkoqollu içkilər haqqında filmlər Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:Krossover filmlər Kateqoriya:Moskvada çəkilən filmlər Kateqoriya:Rusiya filmləri