Beyrut (, ) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar.

Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Əhalisinə görə Levant regionunda 3-cü, Ərəb dünyasında 13-cü şəhərdir.

Tarixi Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub. 1943-cü ildən etibarən Livan Respublikasının paytaxtıdır.

Qardaş şəhərlər Beyrutun qardaş şəhərləri:

Amman, İordaniya Afina, Yunanıstan Bağdad, İraq Boqota, Kolumbiya Brest, Fransa Qahirə, Misir Dəməşq, Suriya Tripoli, Liviya Dubay, BƏƏ İsfahan, İran İstanbul, Türkiyə Küveyt, Küveyt Los-Anceles, ABŞ Lyon, Fransa Marsel, Fransa Mexiko, Meksika Moskva, Rusiya Nikosiya, Kipr Kvebek, Kanada Rio de Janeiro, Braziliya Split, Xorvatiya Strasburq, Fransa Ciddə, Səudiyyə Ərəbistanı İrəvan, Ermənistan

Şəhərdə keçirilmiş beynəlxalq tədbirlər 1959 Aralıq dənizi Oyunları 2009 Frankofoniya Oyunları

İstinadlar

Həmçinin bax

* Kateqoriya:Livan şəhərləri Kateqoriya:Milyon nəfərdən çox əhalisi olan şəhərlər Kateqoriya:E.ə. XV əsr Kateqoriya:Finikiya şəhərləri Kateqoriya:Asiyanın liman şəhərləri