Zülalovlar — Azərbaycanın tanınmış soylarından biri.
Soyun yaranması Zülalovlar nəsli Qarabağın Şuşa şəhərinin Qurdlar məhəlləsində yaşayırdılar. Əsasən dabbaqlıqla güzəran keçirirdilər. Bu nəsil bütün Qarabağda dabbaqlıq, papaqçılıq və kürkçülüklə məşhur idilər. Əbdülbağının səsi bu nəsli qalxındırdı. Ticarətə və digər yüksək peşələrə yiyələndilər. Yeni tipli məktəblərdə oxudular, savadlandılar.
Bu soyun ulu babası Zülaldır. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Şuşa şəhərində yaşamışdı. Sənətkarlıqla məşğul idi. Onun övladlarını Əhməd xan İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin rəiyyətləri arasında kameral siyahıya alıblar. Onun törəmələri Zülalov soyadını daşıyırlar.
Zülal Bədirlə ailə qurmuşdu. Əli, Zeynal, Kəlbəli, Qasım adlı oğulları, Vəzifə, Ballı adlı qızları vardı.
Soyun məşhur nümayəndələri Əbdülbağı Zülalov (Bülbülcan) Əli Zülalov Elmira Əli qızı Zülalova, Solmaz Əli qızı Zülalova, Zemfira Əli qızı Zülalova Qəmbər Zülalov Rüstəm Zülalov Əzizə Məmmədova Sona Hacıyeva
Mənbə Ənvər Çingizoğlu. Zülalovlar: Sənətdən sənətkarlığa. "Soy" dərgisi, 9 (29), Bakı, 2009.
Xarici keçidlər []
Həmçinin bax