Olimp tanrıları — yunan mifologiyasına əsasən Olimp dağında yaşayan əsas ilahi qüvvələr.

Kron və Reyanın uşaqları: Zevs Poseydon Aid Hestiya Demetra Hera

Yuxarıdakılardan törəyənlər: Afrodita Afina Apollon Artemida Ares Hefest Hermes Dionis

Yuxarıdakılardan törəyənlərdən törəyənlər: Asklepi qızları: Higeya Panakeya İaso

Əsas olimpiyalılar Yunan adıRoma adıHeykəliHaqqında məlumatNəsilZevsYupiter75pxBaş tanrı və Olimp dağının hakimi; səma və şimşək tanrısı. Titanlar Kron və Reyanın oğlu. Rəmzləri ildırım və qartaldır.BirinciHeraYunona75pxBaş ilahə. Evliliyin və analığın ilahəsi. Rəmzləri tovuzquşu və inəkdir. Kron və Reyanın qızı. Zevsin həyat yoldaşı və bacısı.BirinciPoseydonNeptun75pxDəniz tanrısı; dənizlərin, zəlzələlərin və atların allahı. Rəmzləri hippokamp və üçbaşlı əsadır. Kron və Reyanın oğlu, Zevsin və Aidin qardaşı.BirinciDemetraSerera75pxMəhsuldarlığın, kənd təsərrüfatının, təbiətin və fəsillərin ilahəsi. Rəmzi lalədir. Kron və Reyanın qızı, Zevsin bacısı. BirinciAidPluton75pxYeraltı dünyanın, ölümün tanrısı. Rəmzləri Qaranlıq dəbilqəsi, ikibaşlı əsa və kəllə sümüyüdür. Kron və Reyanın oğlu. Zevsin və Poseydonun qardaşı.BirinciHestiyaVesta75pxBakirə ilahə. Evin və ailə ocağının ilahəsi. Kron və Reyanın qızı, Zevsin bacısı.BirinciAfroditaVenera75pxSevgi, gözəllik və əyləncə ilahəsi. Zevsin və Dionanın qızıdır. Rəmzi göyərçin quşudur.Birinci [A]ApollonApollon75pxİşığın, həkimliyin, musiqinin, poeziyanın, öncəgörmələrin, oxatmanın və bütün incəsənət növlərinin tanrısı. Rəmzləri ox kamanı və liradır. Artemida onun əkiz bacısıdır. Zevsin və Letonun oğlu.İkinciAresMars75pxMüharibə və qırğınlar tanrısı. Rəmzləri nizə və qalxandır. Zevs və Heranın oğlu.İkinciArtemidaDiana75pxOvçuluq və Ay ilahəsi. Rəmzləri maral və ox kamanıdır. Apollonun əkiz bacısı, Zevs və Letonun qızı.İkinciAfinaMinerva75pxMüdrikliyin, peşələrin və döyüş strategiyasının ilahəsi. Rəmzləri zeytun ağacı və bayquşdur. Zevsin Metidadan olan qızı.İkinciDionisBaxus75pxŞərab, şənlik və ekstaz allahı. Rəmzi üzüm tənəyidir. Zevsin və adi insan Semelanın oğlu.İkinciHefestVulkan75pxTanrıların dəmirçisi; odun və dəmirçiliyin tanrısı. Zevs və Heranın oğlu.İkinciHermesMerkuri75pxTanrıların qasidi; ticarətin və oğruların allahı. Rəmzləri kadusey və qanadlı səndəllərdir. Zevsin və nimfa Mayanın oğlu.İkinci

Həmçinin bax