Zoğalbulaq (əvvəlki adı: Traxtik) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Azıx kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Traxtik kəndi Zoğalbulaq kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Zoğalbulaq kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası Ermənilər burada yerləşdikdən sonra kəndin adı "Traxtik" (erm. "cerınet guşəsi") kimi rəsmiləşdi. 1992-ci ildə kəndin keçmiş adi bərpa edildi. Kənd ərazidəki eyniadlı bulağın adını daşıyır.

Tarixi

Tarixi abidələri Zoğalbulaq kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi228Alban məbədi 1094-cü ilZoğalbulaq kəndiMemarlıqÖlkə

Coğrafiyası və iqlimi Kənd Quruçayın sahilində, dağətəyi ərazidə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Azıx (Xocavənd) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri