Buduq dili — buduqluların danışdığı dil. Şahdağ yarımqrupuna daxil olan ləzgi dillərindən biridir.

Qrammatik quruluşca buduq dili qrız dilinə çox yaxındır. Dialektləri yoxdur. Quba və Xaçmaz rayonlarının bir neçə kəndində (Buduq, Dalıqaya, Pirüstü, Yalavanc və s.) məişət dili kimi yayılmışdır. Bu dildə təqribən 15 min adam danışır (2007).

Buduq dilində 9 (bəzi mülahizələrə görə -10) sait və 34 (37) samit fonem vardır. Bu dildə fellər şəxsə görə yox, cinsə görə təsrif edilir. Buduq dili 4 qrammatik cins (kişi, qadın, şüursuz canlılar və və cansızlar), ismin 18 halı olan yazısız dildir.

Bir neçə il əvvəl mətbuatda o zaman Quba rayonunun Alekseyevka kənd orta məktəbinin ədəbiyyat müəllimi işləyən əslən buduqlu Adıgözəl Hacıyevin yaratdığı 43 hərf və bir işarədən ibarət latın hürufatı əsaslı Buduq əlifbası yayımlandı və ictimaiyyətin müzakirəsinə səbəb oldu. Lakin təəssüf ki, tezliklə həmin vacib təşəbbüs unuduldu.

İstinadlar

Xarici keçidlər Yazısı olmayan bir dilin əlifbası bərpa edildi

Həmçinin bax Buduq Buduqlular

Kateqoriya:Azərbaycan dilləri Kateqoriya:Nax-Dağıstan dilləri