() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür. 

Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Kökümsovu yoğun, qısa, sürünən, gövdə 10-20 (25) sm hündürlükdədir, 1 iri təpə çiçəyi var. Yarpaqları yaşıl, dar-xətvari, 2-4 mm enində, bəzən oraqvari əyilmişdir. Təpə yarpaqları otvari-pərdəlidir, neştərşəkilli, sivridir. Çiçəkyanlığının borucuğu yumurtalığa bərabərdir. Çiçəkyanlığının xarici tərəfi aşağı bükülmüş, 4,5 -5,5 (8) sm uzunluğunda, enli- ellipsvari və ya enli-yumurtavari, dairəvi, tünd-qəhvəyi, mərkəzində iri məxməri ləkəli, aşağı yarısı yuxarıdan qara-bənövşəyi tükcüklü, daxili tərəfi yuxarı qalxmış, iri, 5,5-8 (3) uzunluqdadır. Sütuncuğun kənarları tünd-qırmızı, tutqun, kürək hissəsi dişciklidir. Qutucuq uzunsov-silindrşəkilli, 3 tilli, 7 sm-ə qədər uzunluğunda uzun buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi aprel, meyvə əmələgəlmə may ayına təsadüf edir. Kökümsov və toxum vasitəsilə çoxalır. Düzənlikdə və aşağı dağ qurşağında, quru, gilli və çınqıllı yamaclarda, yovşanlı yarımsəhralarda yayılmışdır. Mezokserofitdir.

Yayılması Naxçıvanın dağlıq və düzənlik hissəsində (Culfa rayonu Darıdağ ərazisində).

Sayı və tendensiyası Populyasiyasının vəziyyətinin və təbii bərpanın ətraf mühitin dəyişilməsindən asılılığı müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (növün bəzək bitkisi kimi yığılması).

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması və yasaqlıqların yaradılması vacibdir. Naxçıvan – Babək rayonu Əznəburt kəndi, Cülfa rayonu Əbrəqunis kəndi və Darıdağda, Şahbuz rayonu Qarababa kəndi, Ordubad rayonu Aza kəndi ətrafında. Azərbaycandan kənarda – Ermənistanda yayılmışdır. Aşağı daşlıq qurşaqda, düzənliklərdə, quru gillicəli və yovşanlı yarımsəhrada bitir.

Çoxalması Toxumla və vegetativ yolla çoxalır. Bitkini buket üçün yığılması, heyvanların otarılması bitkinin azalmasına səbəb olmuşdur. Azərbaycan Botanika İnstitutunun Botanika bağında becərilir. Qorunması üçün xüsusi mühafizə tədbirlər hazırlanmamışdır.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər