Söyüdlü — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qazanzəmi kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Cəlilabad rayonunda da Söyüdlü adında kənd var. Həmçinin Gədəbəy rayonunda da Söyüdlü kəndi var. Oğuz rayonunda Böyük Söyüdlü kəndi var. Oğuz rayonunun Böyük Söyüdlü kəndinin indiki ərazisində 1999-cu ilə qədər Bala Söyüdlü kəndi var idi.

Coğrafiyası Söyüdlü kəndi təqribən 1209 m hündürlükdə yerləşir.

Tarixi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasının tərkibində Söyütlü məskun yeri qeyd olunurdu.

Azərbaycan SSR 1961-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə Cəbrayıl rayonunun tərkibində Söyütlü və ya Söyüdlü adında yaşayış məntəqəsi qeyd olunmur. Azərbaycan SSR 1977-ci il üçün olan vəziyyətə görə tərtib edilmiş inzibati ərazi bölgüsündə də Cəbrayıl rayonunun tərkibində Söyütlü və ya Söyüdlü adında yaşayış məntəqəsi qeyd olunmur.

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Söyüdlü kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir.

Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Söyüdlü kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsi zamanı, 9 noyabr 2020-ci ildə kənd Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdi.

Əhalisi A.S.Ş.C. Xalq Təsərrüfat Uçotu İdarəsi (Az. XTUİ) tərəfindən 1933-cü ildə dərc edilmiş "ASŞC inzibati bölünüşü"nə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, Cəbrayıl rayonunun Dağtumas kənd şurasına daxil olan Söyütlü məskun yerində 6 fərdi təsərrüfat və 32 sakin var idi. Sakinlərin 16-ı kişi, 16-ı qadın idi. Kənd şurasının bütün əhalisi azərbaycanlılardan (mənbədə "türklər" kimi göstərilmiş) ibarət idi.

Tanınmış şəxsləri Zahid Quliyev — müğənni.

İqtisadiyyatı Keçmişdə kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıq idi. İşğal vaxtı kənd dağıntılığa məruz qalmışdı.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəbrayıl rayonunun kəndləri