Nadirkənd — Azərbaycan Respublikasının Goranboy rayonunun Nadirkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Nadirkənd kəndi Borsunlu kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Nadirkənd kənd Soveti yaradılmışdır.

Toponimikası Kəndin keçmiş adı Qarqucaq olmuşdur. Yaşayış məntəqəsi əvvəllər bir-birinin yaxınlığında yerləşən dörd para kənddən (Qarqucaq, Meşəsanlı, Dəmirçilər və Şahverdi Kürdü) ibarət olmuş, sonralar bu kəndlər böyüyərək birləşmişlər. 1975-ci ildə kənd İkinci Dünya müharibəsində (1943) həlak olmuş kənd sakini Nadir Kərimovun şərəfinə Nadirkənd adlandırılmışdır. Memorial toponimdir.

Tarixi

Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1555 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Goranboy rayonunun kəndləri