Sarov — Azərbaycan Respublikasının Goranboy rayonunun Sarov kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Toponimikası

Sarov kəndi Gəncə-Qazax düzənliyindədir. Oykonim özündə Sərab mahalının adını əks etdirir. Yasayış məntəqəsi 1820-ci ildə Şəkiyə, oradan isə bu əraziyə köçmüş ailələr tarəfindən məskunlaşmışdı. Sonralar Qarabağdan, Gəncə ətrafı kəndlərdən, Qazax, Gədəbəy r-nlarından, Dağıstandan gəlmis ailələr də burada yerləsdilər. İkinci kənd isə həm də Erməni Sarov, Təzə Sarov, Paşakənd də adlanır. 1937-ci ildə Ermənistanın Axta (indiki Razdan) rayonunun Paşakand (indiki Marmarik) kəndindən yerli azərbaycanlıları köçürüb ennəniləri yərləşdirdilər. Azərbaycan ailələr isə buraya gəlib Sarov kəndinə məxsus torpaq sahəsində məskunlaşaraq yeni yaşayış məntəqəsinin əsasını qoydular. Kəndin adl 1992-ci ildən Sarovlu kimi rəsmiləşdirilmisdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 914 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Goranboy rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Goranboy Rayon İcra Hakimiyyəti

Kateqoriya:Goranboy rayonunun kəndləri