Əlihəsən Əbdülhəsən Şahgəldiyev () — Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika kafedrasının ilk müdiri (1946–1961), jurnalisti, publisist.

Bakının Balaxanı kəndində doğulmuş, kəndində mədrəsə-mollaxanada dini, Bakıda dünyəvi təhsil almış, Moskvada Kommunist Jurnalistlər İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə gənclik illərində Bakı mətbəələri, nəşriyyatları və redaksiyalarında şagird kimi başlamış, 1929-cu ildən respublikanın rayon və kəndlərində "Kommunist" qəzetinin müxbiri, ədəbi işçi, şöbə müdiri, "Mübariz" qəzetinin redaktoru, "Yeni yol" qəzetinin məsul redaktoru, Azərbaycan Teleqraf Agentliyinin rəhbəri, Təbrizdə "Vətən yolunda" qəzetinin təsisçilərindən və redaktorlarından biri olmuşdur. Bir neçə il Moskvada "Pravda" qəzetində əməli təcrübə keçmişdir. Azərbaycan Dövlət Universitetində müstəql jurnalistika şöbəsi və fakülətəsinin yaradıcısı Şahgəldiyevdir. Respublikanın dövri mətbuat orqanları üçün çoxlu sayda kadr hazırlamışdır. Bir çox publisistik əsərin müəllifidir.

Mənbə Jurnalistika fakültəsi

İstinadlar

Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər