Abxaz dili – abxazların dili. Abxaz-adıq dillərindən biridir. Əsasən Abxaziya Muxtar Respublikasında (faktiki qondarma Abxaziya respublikası) geniş yayılmışdır. Təqribən 100 minə qədər adam bu dildə danışır. İki əsas dialektə bölünür: abjuy və bzıb. Hallanma yoxdur. Ədəbi dil kimi 1862-ci ildə rus qrafikası əsasında abxaz əlifbasının tərtibindən sonra başlamışdır. 1928-ci ildə latın qrafikasına, 1938-ci ildə gürcü qrafikasına, 1954-cü ildə isə rus qrafikasına keçmişdir.
Kateqoriya:Gürcüstan dilləri Kateqoriya:Türkiyə dilləri Kateqoriya:Rusiya dilləri Kateqoriya:Aqqlütinativ dillər Kateqoriya:Qafqaz