Mehdi bəy Hacıbababəyov () — ictimai-siyasi xadim. Azərbaycanın istiqlal mübarizəsinin fəal iştirakçılarından biri.

Mehdi bəy Şamaxının məşhur Hacıbababəyovlar ailəsinə mənsubdur. O, XIX əsrin məşhur azərbaycanlı memarı Qasım bəy Hacıbababəyovun, Sovet Azərbaycanının məşhur opera müğənnisi və Xalq Artisti (1938) Hüseynağa Hacıbababəyov ilə eyni nəsilə mənsubdur.

Haqqında Mehdi bəy Hacıbababəyov 1871-ci ildə Şamaxıda anadan olmuşdur. Bakı realnı məktəbini bitirmişdir. 1901-ci ildən 1-ci Bakı rus-tatar məktəbində dərs demişdir. "Nicat" xeyriyyə cəmiyyətinin katiblərindən biri olmuş, axşam kurslarında dərs demiş, "Nicat" cəmiyyətinin teatr bölməsinə başçılıq etmiş, eyni zamanda, "Nicat" cəmiyyətinin 1-ci şəhər rus-tatar məktəbinin direktoru seçilmişdir.

Rusiya imperiyasında inqilablar dövrü başladıqdan sonra yaxından siyasətlə məşğul olmağa başlamışdır. O, Müəssislər Məclisinin çağırılması üzrə mərkəzi komissiyanın üzvü idi. 1918-ci ilin 26 may tarixində Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqut edən zaman o, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın Azərbaycanın İstiqlal bəyannaməsini qəbul edən 26 üzvündən biri idi. Hacıbababəyov Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsis edilməsi haqqında qanun"una (19 noyabr 1918) əsasən Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Müsavat fraksiyasının (sonralar "Müsavat" və bitərəflər fraksiyası) üzvü idi.

Mehdi bəy ərzaq nəzarətinin Gəncə vəkili olmuşdur.

Xarici keçidlər Azərbaycan Xalq Cümhuriyyətinin 98 yaşı tamam oldu Azərbaycan Milli Şurası

Həmçinin bax Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti "Nicat" xeyriyyə cəmiyyəti Zaqafqaziya seymi Zaqafqaziya Demokratik Federativ Respublikası

İstinadlar

Mənbə

Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvləri Kateqoriya:Hacıbababəyovlar Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Zaqafqaziya Seyminin üzvləri