Kornədi — Azərbaycan Respublikasının Lerik rayonunun Vizəzəmin kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 234 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş–güc) və di (kənd) komponentlərindən düzəlib, "iş–güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 415.
Relyefi Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri