Vayxır — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndi Alagözməzrə kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Vayxır kənd inzibati-ərazi vahidi yaradılmışdır.
Toponimikası Kəndin yaxınlığında Köhnə Vayxır adlı xarabalıq mövcuddur. Həmin kəndin dağılması nəticəsində indiki Vayxır yaşayış məntəqəsi yaranmışdır. Kəndin adı oradakı Vayxır mineral bulağının adındandır. Bulağın adı isə orta fars dilində vah – "yaxşı", "xeyirxah" (müasir "beh/bəh" sözünün qədim halı) və xvar – "yer" sözlərindən ibarətdir ki, bu da bulağın müalicə əhəmiyyətli mineral su olması ilə əlaqədardır.
Tarixi
Tarixi abidələri Vayxır kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1835Qəbirüstü daşlarTunc dövrüVayxır kəndiArxeolojiÖlkə1836Vayxır nekropoluE.ə. II–I minilliklərVayxır kəndiArxeolojiÖlkə1837Gavurqala qalasıE.ə. XVII əsrVayxır kəndiArxeolojiÖlkə1838Vayxır mədən yeriE.ə. II minillikVayxır kəndiArxeolojiÖlkə6067Köhnə Vayxır yaşayış yeriOrta əsrlərVayxır kəndiArxeolojiYerli6068Köhnə qəbiristanlıqOrta əsrlərVayxır kəndiArxeolojiYerli
Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində, alçaq təpəlikdə yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar199912305846462009↗1378↗679↗699
Tanınmış şəxsləri Əhməd Qəşəmoğlu — şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru (1978).
Təhsil Kənddə Vayxır kənd tam orta məktəbi fəaliyyət göstərir.
Həmçinin bax Vayxır piri
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Vayxır (Babək) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri