Yuxarı Uzunoba — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsində kənd. 30 sentyabr 2003-cü il tarixli 500-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Yuxarı Uzunoba kəndi Şıxmahmud kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Toponimikası Oykonimin əsası uzun və oba sözlərindən ibarət olub, obaların cərgə ilə uzununa yerləşdiyini bildirir. Oykonimin birinci komponenti isə kəndi eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək, eyni zamanda onun coğrafi mövqeyini bildirmək üçün əlavə edilmişdir.

Tarixi

Tarixi abidələri Yuxarı Uzunoba kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1832Gültəpə yaşayış yeriTunc dövrüYuxarı Uzunoba kəndiArxeolojiÖlkə1833Gültəpə nekropolue.ə. III–I minilliklərYuxarı Uzunoba kəndiArxeolojiÖlkə1834Uzunoba nekropolue.ə. III–I minilliklərYuxarı Uzunoba kəndiArxeolojiÖlkə

Coğrafiyası və iqlimi Kənd Naxçıvançayın sahilində, düzənlikdə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995322842482009↗569↗305↗264

İqtisadiyyatı

Mədəniyyəti Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Təhsil Kənddə təhsil müəssisəsi mövcud deyil.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Babək rayonunun kəndləri Kateqoriya:Yuxarı Uzunoba kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri