() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" – VU A2abcde+3de. Azərbaycanın nadir növüdür.
Botaniki xarakteristikası 10–15 (20) m hündürlüyündə, 60–80 sm-ə qədər diametrində, çətiri dağınıq kürəvi və ya ovalvari ağacdır. Yarpaqları lələkvari və ya ikiqat-lələkvaridir, 15–22 sm uzunluğundadır. Çiçək salxımları yarpaqların qoltuğunda yerləşir, uzunluğu (8) 10–12 sm-dir. Kasacıq və tac lələkləri sıxılmış tükcüklüdür. Paxlaları uzunsaplaqlı, düzgün və çox zaman bir qədər oraqvari əyridir, 20–30 sm uzunluğundadır, enli, dairəvi, tünd-qəhvəyi qonurdur, demək olar ki, açılmayandır, daxildən ətlidir. Toxumları yastı, ellipsşəkilli, tünd-qəhvəyidir, 10–12 mm uzunluğunda, 5–7 mm diametrindədir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri May ayında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvə verir. Toxumla və pöhrələrlə çoxalır. Tozlanması entomofildir. İstiliyə və rütubətə tələbkardır. Dənizkənarı ovalıqda, çay vadilərində və dəniz səviyyəsindən 150 m yüksəkliyədək yayılıb. Çay terraslarının təzə allüvial, narıncı meşə torpaqlarında, həmçinin gilli torpaqlarda, az hallarda dağ-meşə, sarı torpaqlarda, təzə az və ya çox podzollaşmış orta ağırlıqlı torpaqlarda bitir. Hirkan meşələrinin Qafqaz vələsi, şabalıdyarpaq palıd, dəmirağac, göyrüş və başqalarından ibarət meşə bitkilərinin tərkibinə daxil olur. Lənkəran ovalığında həmçinin yalanqoz, qarağac və qovaqla birlikdə çürüntülü yapışqanlı bataqlıq torpaqlarda, bataqlaşmış yerlərdə də təsadüf edilir. Qumsal torpaqlarda yaxşı bitir. Dekorativ bitkidir. Balverəndir. Oduncağı mühkəm, bərkdir, dülgərlik və xarratlıq işlərində istifadə olunur. Meyvələri qışda mal-qara tərəfindən yeyilir.
Yayılması Lənkəran ovalığıdır ((Astara rayonu- Maşxan və Alaşa kəndləri ətrafı) və Lənkəranın dağlıq hissəsi (Bürcəli kəndi)).
Sayı və tendensiyası Populyasiyasının təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Mal-qara otarılması, ağacların qırılması, təbii bərpanın zəif getməsidir.
Mühafizə tədbirləri Hirkan Milli Parkında mühafizə olunur.
Sinonimləri
Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Azərbaycan ağacları